3 Aralık 2021 Cuma

Elvin Kazımov



Elvin Kazımov 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub.1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin " Zabit İxtisas Kursu"nu bitirib.

 Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Kazımov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. 



2 Aralık 2021 Perşembe

Baxışov Sadiq Bəkir oğlu


Baxışov Sadiq Bəkir oğlu

Sadiq Baxışov 2 dekabr 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuşdur.


Sadiq Baxışov 2020-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Ordusunun əsgəri olan Sadiq Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sadiq Baxışov 28 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Bağırov Məmmədağa Həsənağa oğlu


Bağırov Məmmədağa Həsənağa oğlu


Məmmədağa Bağırov 1997-ci il dekabrın 2-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmmədağa Bağırov noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa Bağırov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Kamran Əsgərov


 

Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb.

Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsi zamanı döyüşlərdə könüllü olaraq savaşıb. Kamran Əsgərov oktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn olunub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Taleh Babayev Xanmurad oğlu



Taleh Babayev Xanmurad oğlu 

2 dekabr 1986-cı ildə Quba rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində mərdliklə vuruşub.

Taleh Babayev noyabrın 6-da, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən açılan artilleriya atəşi nəticəsində şəhid olub.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı


24.06.2021-“Cəsur döyüşçü” medalı


5.11.2021-“Şuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

1 Aralık 2021 Çarşamba

Talıbzadə Ceyhun Aqil oğlu



Talıbzadə Ceyhun Aqil oğlu 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 


Ordumuzun əsgəri Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 


Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. 


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. 

Taleh Muxtarov



Taleh Muxtarov 1985-ci il dekabrın 1-də Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub.

Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Muxtarov oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Goranboy rayonunda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.