23 Ocak 2022 Pazar

Şükürov Anar


 Vətən Müharibəsi Qəhrəmanı  Şəhid Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Mayor Şükürov Anar.


Cənab Mayor 1977 ci il 20 yanvar tarixində Sumqayıt şəhərində anadan olub. Ehtiyatda olmasına baxmayaraq könüllü olaraq döyüşlərdə iştirak edir. 16 oktyabr tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.  Yoldaşlarının Komandir əyil, əyil deməsinə Qəhrəmanımızın son sözü mən bu şərəfsizlərin qarşısında heç zaman əyilmərəm olub... 

Prezidentin sərəncamı ilə


"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı

" Suqovuşanın azad edilməsi uğrunda" medalı

" Vətən uğrunda" medalı ilə təltif edilib.



22 Ocak 2022 Cumartesi

Vəliyev Şəmsəddin Aqil oğlu


 

Şəhid Vəliyev Şəmsəddin Aqil oğlu

2001-ci il yanvarın 22-də Sabirabad rayonun Dadaşbəyli kəndində dünyaya gəlib. 


XTQ Gizir Şəmsəddin Vəliyev 2020-ci il oktyabrın 24-də 2-ci Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Xocavənd rayonun Tuğ kəndində Qəhrəmancasına Şəhid olub.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı, Şuşanın Alınmasına görə medalı və hərbi xidmətlərə görə medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!

20 Ocak 2022 Perşembe

12 Ocak 2022 Çarşamba

Ziyadxan İbrahim oğlu Əliyev


 

Şəhid Ziyadxan İbrahim oğlu Əliyev

Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub.

Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.

Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi.

Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı.[2] Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub.Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub.Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyadxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyadxan Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

11 Ocak 2022 Salı

Ülvi İlham oğlu Alışov



Şəhid çavuş Ülvi İlham oğlu Alışov

Ülvi Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.

Subay idi.

Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

9 Ocak 2022 Pazar

Əliyev Abbas Salam oğlu



Şəhid Əliyev Abbas Salam oğlu

09.01.1988-ci ildə Bakı şəhəri Ramana qəsəbəsində anadan olub. Təhsilini 90 saylı qəsəbə məktəbində bitirmiş və Hərbi Xidmətə çağırılmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra özəl şirkətlərdə sürücü kimi işləmiş. Ara günlərdə isə taksi xidməti kimi fəaliyyət göstərmişdir. 2-ci Qarabağ müharibəsi başlayan zaman 09.10.2020-ci il müvəqqəti ehtiyatda olan hərbi qulluqçu kimi döyüşə çağırılmış və Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 02.11.2020-ci il də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Əliyev Abbas Salam oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Vətən uğrunda döyüşmək Abbasın böyük arzusu olub və zamanı gəlincə də könüllü döyüşə gedib.

Bakıda böyüyüb boya-başa çatan, evin tək oğlu olan Abbas Əliyevin 8 yaşında İsmayıl adında oğlu yadigar qalıb.


Allah rəhmət eləsin.


Yusubov Elzar Süleyman oğlu



Şəhid Yusubov Elzar Süleyman oğlu.

09.01.1989-cu ildə anadan olmuşdur. Bakının Suraxanı rayonu Hövsan qəsəbəsi 76 saylı orta məktəbdə təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Respublikası İdman Akademiyasında təhsilini davam etdirib. Ali təhsilini bitirdikdən sonra 5 il Daxili Qoşunların XVT  bölüyündə gizir kimi fəaliyyətə başlayıb. 01.01.2020-ci ildə Azərbaycan Respublikasının Quru Qoşunları sırasında Leytenant kimi xidmətə davam edib. 08.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini və texnikasını məhv etmişdir. Döyüş meydanında yaralı əsgər yoldaşlarını xilas edən zaman ayağından güllə yarası almışdır. Yaralı olduğuna baxmayaraq döyüş meydanını tərk etməmiş və Qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci ildə Bakının Hövsan qəsəbəsində torpağa tapşırılmışdır. 

Allah rəhmət etsin.