30 Ocak 2022 Pazar

Elmar İbayev


 Vətən müharibəsi şəhidi, baş leytenant Elmar İbayev


Elmar Hikmət oğlu İbayev 1978-ci il yanvarın 29-da Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə V. Əliyev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ali təhsil alıb.


Azərbaycan Ordusunun baş leytenantı olan Elmar İbayev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsidə iştirak edib və Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Qəhrəman baş leytenant Elmar İbayev oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəhidin nəşi Lənkərana gətirilib və orada böyük izdihamla torpağa tapşırılıb.


Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, baş leytenant Elmar İbayev ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.


Allah rəhmət eləsin!

 

23 Ocak 2022 Pazar

Orxan Zöhrab oğlu İsmayılov


 Şəhid Orxan Zöhrab oğlu İsmayılov

1989 - cu il 23 yanvarda Ucar rayonu Məlikballı kəndində doğulub.Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin tarix yazan məzunudur.Cəbhəyə könüllü olaraq yollanmışdır. 2 oktyabr 2020 - ci il Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.


Orxan İsmayılovun nəşi oktyabrın 4-də ailəsinə təhvil verilib və həmin gün də Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında dəfn edilib. Qəhrəmanımız göstərdiyi şücaətə görə "Vətən ugrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli idi,Ayxan və Zöhrab adında iki oğlu yadigar qalmışdır.


Allah rəhmət eləsin.


Qafarov Saməddin Rasim oğlu


Şəhid Qafarov Saməddin Rasim oğlu


1994-ci il 23 yanvarda İsmayıllı rayon Qubaxəlilli kəndində doğulub.

 Hərbi məktəbi bitirib, sonra hərbi həkim işləməyə başlayıb.

Saməddin  Aprel döyüşlərində də iştirak edib. 27.09.2020 tarixində 200 dən artıq yaralı çıxardıb. Axırıncı yaralını çıxardanda yanına minamyot düşüb ayağından yaralanır, arterial damarını kəsib qan itirmədən şəhid olur. Şəhidimiz subay idi 26 yaşı vardı. 

Məkanın cənnət olsun qəbrin nurla dolsun.


Allah rəhmət eləsin.

Şükürov Anar


 Vətən Müharibəsi Qəhrəmanı  Şəhid Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Mayor Şükürov Anar.


Cənab Mayor 1977 ci il 20 yanvar tarixində Sumqayıt şəhərində anadan olub. Ehtiyatda olmasına baxmayaraq könüllü olaraq döyüşlərdə iştirak edir. 16 oktyabr tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur.  Yoldaşlarının Komandir əyil, əyil deməsinə Qəhrəmanımızın son sözü mən bu şərəfsizlərin qarşısında heç zaman əyilmərəm olub... 

Prezidentin sərəncamı ilə


"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı

" Suqovuşanın azad edilməsi uğrunda" medalı

" Vətən uğrunda" medalı ilə təltif edilib.



22 Ocak 2022 Cumartesi

Vəliyev Şəmsəddin Aqil oğlu


 

Şəhid Vəliyev Şəmsəddin Aqil oğlu

2001-ci il yanvarın 22-də Sabirabad rayonun Dadaşbəyli kəndində dünyaya gəlib. 


XTQ Gizir Şəmsəddin Vəliyev 2020-ci il oktyabrın 24-də 2-ci Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Xocavənd rayonun Tuğ kəndində Qəhrəmancasına Şəhid olub.


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda"medalı, Şuşanın Alınmasına görə medalı və hərbi xidmətlərə görə medalı ilə təltif edilib.


Allah rəhmət eləsin!

20 Ocak 2022 Perşembe

12 Ocak 2022 Çarşamba

Ziyadxan İbrahim oğlu Əliyev


 

Şəhid Ziyadxan İbrahim oğlu Əliyev

Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub.

Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən idi. 2003-2012-ci illərdə Kürdəmir rayonunun Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Qubadlı rayonunun Fərcan kənd tam orta məktəbində təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (ATU) “Kompüter mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi.

Ziyadxan Əliyev REAL Partiyasının üzvü idi.

Ziyadxan Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Ziyadxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı hərbi hospitalda müalicə alırdı.[2] Həmin vaxt hərbi təcili tibbi yardım maşınında döyüş meydanından yaralı hərbçiləri daşımaq üçün əsgər lazım olub.Könüllü olaraq döyüş meydanına yollanan Ziyadxan Əliyev, yaralı hərbçiləri təxliyyə edən zaman 1 oktyabrda Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə erməni tərəfinin snayper gülləsi ilə şəhid olub.Kürdəmirin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyadxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyadxan Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!