12 Şubat 2022 Cumartesi

Mirsəfa Rzayev Mircəlil oğlu


Şəhid Mirsəfa Rzayev Mircəlil oğlu
1995-ci il fevralın 9-da tarixində Sumqayıt şəhərində anadan olub. Rzayev Mirsəfa Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışmışdır.
2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsəfa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsəfa Rzayev oktyabr 27-də (25 yaşında) Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində III Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsəfa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin
 

Xəyal Şakir oğlu Nuri


Şəhid Xəyal Şakir oğlu Nuri 

1997-ci il fevralın 12-də Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. 2002-2013-cü illərdə Ağayrı kənd tam orta məktəbində təhsil alıb.


Azərbaycan Ordusunun əsgəri olan Xəyal Nuri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Nuri noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Ağayrı kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Nuri ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Fariz Şahin oğlu Həsənov


Şəhid çavuş Fariz Şahin oğlu Həsənov

Fariz Həsənov 1987-ci il fevralın 12-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

 Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.


Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Mürşüd Müdahil oğlu Əhmədzadə



 Əhmədzadə Mürşüd Müdahil oğlu (04.01.2000 -  06.10.2021)


Müddətdən artıq xidmət əsgəri  Mürşüd  Müdahil oğlu Əhmədzadə 2000-ci il yanvar ayının 4-də anadan olub.


    Hələ uşaq yaşlarından bacısı Gülnarə ilə birlikdə nənəsinin himayəsində yaşamalı  olmuşlar.  Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmış əsgərliyini müvəffəqiyyətlə  başa vurub doğma kəndinə, nənəsinin yanına qayıtmışdır. Harada işləməsi barədə götür-qoy edib və 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq hərbi  xidmətə başlayıb. Az keçməmiş Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etmək üçün antiterror əməliyyatlarına  başlayır.


      Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə, #Suqovuşan, Çaylı istiqamətində hücuma keçmişdilər. Qanlı döyüşlər gedirdi. Mürşüd və yoldaşları erməni postlarının alınmasında şücaət göstərirdilər. 06.10.2020-ci il tarixdə  mühasirəyə düşən Mürşüd  başından aldığı yaradan şəhadətə çatıb. Cansız bədəni yalnız 52 gündən sonra neytral zonadan  qaldırılaraq 27 noyabrda doğma kəndi Evoğluya gətirilib və uğrunda canını fəda etdiyi torpağa tapşırılıb.


       Mürşüd Əhmədzadə  (ölümündən sonra) “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.


      Allah rəhmət eləsin.

Əliyev Elqaş Barat oğlu


 Şəhid Əliyev Elqaş Barat oğlu

12.02.1999-cu ildə Lerik rayonunun Bırkandul kəndində dünyaya gəlib.18 yaşında həqiqi hərbi xidmətə çağırılan Elqaş xidmətdə olduğu hissədə bacarığı, çalışqanlığı və cəsurluğu ilə seçilməyi bacarıb.Vətən Müharibəsi başlamamışdan bir neçə gün əvvəl döyüş bölgəsinə könüllü olaraq yollanıb Elqaş. Qardaşı Eldin deyir ki, Elqaş Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə canından keçməyə hazır olduğunu sübut edib və şücaətləri ilə yadda qalıb:Haqq savaşımızın şanlı tarixinə adını böyük hərflərlə yazdıran Elqaş Əliyev 2020-ci il noyabrın 3-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində düşmənin minomyot mərmisindən şəhid olub.Prezidentin sərəncamı ilə şəhid əsgər Elqaş Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Rabil Elburus oğlu İsmayılov



Şəhid Rabil Elburus oğlu İsmayılov

 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 

1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Tətbiqi riyaziyyat" üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) "Riyaziyyat" üzrə magistr dərəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

Ailəli idi iki oğul övladı var.


Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rabil İsmayılov noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rabil İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Məmmədov Xəyal Xaliq oğlu


Şəhid Məmmədov Xəyal Xaliq oğlu

Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal, 12 fevral 2001ci ildə Sumqayıt şəhərində anadan olub

Sumqayıtda yerləşən Qubadlı rayon Cəlal Həşimov adına tam orta məktəbdə 9-cu sinifə qədər təhsil almış, sonra Füzuli rayonunun Zobucuq 1 qəsəbə məktəbində təhsilini başa vurmuşdur.

Məmmədov  Xəyal 16 oktyabr tarixində Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə  Şəhidlik zirvəsinə  ucalmışdır. Xəyal Xüsusi Təyinatlı bölmələrdən idi.

Ailəsi ilə gec-gec danışsa da atası ilə son danışığında ata yurdu Füzuli rayonunun Qərvənd kəndinin işğaldan azad olunması münasibətilə göz aydınlığı vermişdir.

Xəyal Məmmədov 16 Oktyabr 2020-ci il tarixində Füzuli rayon Araz-Dilağarda qəbiristanlığında son mənzilə yola salınıb. 

Allah rəhmət eləsin!