11 Mart 2022 Cuma

Elməddin Sübhi oğlu Əlizadə


 Şəhid Elməddin Sübhi oğlu Əlizadə

11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. Zəhmətabad kənd tam orta məktəbində təhsilini almışdır.

Elməddin Əlizadə 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak etmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulmuş, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Elməddin Əlizadə 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

6 Mart 2022 Pazar

Şindiyev Elməddin Həmid oğlu


 

Şəhid Şindiyev Elməddin Həmid oğlu

06.03.1995-ci ildə Balakən rayonunun Talalar kəndində anadan olmuşdur. Talalar kənd 2 saylı tam orta məktəbin məzunudur.

2013-2014-cü ildə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuşdur və daha sonra müddətdən artıq kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir.

 Evliliyindən 1 gün sonra, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda başlanan II Qarabağ müharibəsində10.10.2020-ci ildə  Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şəhid olmuşdur.

Allah rəhmət eləsin!

Xəyal Aslanov


 Şəhid Gizir Xəyal Aslanov Qüdrət oğlu

05.03.1992- ci ildə Tərtərdə anadan olub. Əslən Ağdərə rayonundan idi. Xəyalın dayısı da 1992-ci il vətən uğrunda şəhid olub və məzarı 27 illik işğal altında olan Kəlbəcər ərazisində qalmışdı.

Şəhidimiz Xəyal həm də Aprel döyüşlərində döyüşüb. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə qəhəmancasına döyüşür, igidliyi ilə fərqlənirdi. Hərbçi dostları tərəfindən cəsurluğuna görə“İkinci Mübariz" adlandırılırdı.

Arxa cəbhədə olan Xəyal neytral zonada yaralı dostlarının və komandirinin səsini eşidən zaman buna dözməyib və icazə alaraq onları orada qurtarmaq istədiyini bildirib. Dostlarını qurtarmağa çalışan Xəyalın yanına minamyot düşərək ayağına dəymiş və artilleriya damarını kəsmişdir. Ağır qan itkisi nəticəsində komandiri ilə əl-ələ şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi. İki övladı Vətənə əmanətdir.

“Vətən uğrunda”,  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

5 Mart 2022 Cumartesi

Qismət Yolçu oğlu Qasımov


 Şəhid Qismət  Yolçu oğlu Qasımov

1993-cü il martın 5-də Göyçay rayonunun Məliккənd kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Qismət Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Qismət Qasımov oktyabrın 25-də şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qismət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

MÜSTƏCƏBOV ORXAN ƏLƏSGƏR



O,05.03.1993-cü ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub,2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olmuşdur

Şəhid Orxan Müstəcəbov Qobustan rayonunun Yekəxana kəndində dəfn edilib.

Atayev Nicat Habil oğlu


Leytenant Atayev Nicat, Əslən Kəlbəcər rayonundandır. 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. Atası polis mayoru Habil Atayev 1-ci Qarabağ müharibəsi iştirakçısı olub..

Nicatın şücaətləri haqqında döyüş yoldaşları çox danışır..

Onun yolu düzəldən traktorçunu düşmən gülləsindən xilas etməsi, döyüşlərdə hər zaman  öndə getməsi, yaralı əsgərlərini çiynində daşıması fəxarətlə xatırlanır.

Qəhrəmanımız Nicat Atayev 27 sentyabr tarixində Vətən müharibəsinin Füzuli istiqamətində gedən döyüşlərdə minaya düşərək Şəhidlik zirvəsinə yüksəlmişdir.

 

1 Mart 2022 Salı

Qocayev Asif Yolçu oğlu


 Şəhid əsgər Qocayev Asif Yolçu oğlu

1 mart 1991-ci  ildə Gəncə şəhərində anadan olan Qocayev Asif Yolçu oğlu Vətən müharibəsi başlanan zaman Səfərbərlik Xidməti tərəfindən könüllü olaraq müharibəyə gedib. Asif torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 07 noyabr 2020-ci ildə Şusa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Şəhidimiz ailəli idi. Xədicə və Məryəm adlı övladları Vətənə əmanətdir.

Asif Qocayev Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə "Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!