15 Nisan 2022 Cuma

Ramazanov Rail Airif oğlu.


 Şəhid kiçik çavuş Ramazanov Rail Airif oğlu.

 15.04.1997-ci ildə Qusar rayonu, Hill kəndində anadan olub. Rail Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.11.2020-ci ildə Xocavənd rayonu, Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

13 Nisan 2022 Çarşamba

Fuad Şöhrət oğlu Xankişiyev


 Şəhid Fuad Şöhrət oğlu Xankişiyev

12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.

2002—2008-ci illərdə Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində bədən tərbiyə fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.

2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı Redaktə

Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır

Allah rəhmət eləsin!

Nihad Adil oğlu Abdullayev


 18 yaşlı Şəhid Nihad Adil oğlu Abdullayev

2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub.

2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb.

Subay idi.

Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin

Vəliyev Elmir Məmmədqulu oğlu


 Şəhid Vəliyev Elmir Məmmədqulu oğlu

13.04.1986-cı ildə Füzuli rayon Kərimbəyli kəndində anadan olub

1992-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə getmiş, 2003-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.

2004-ci ilin həqiqi hərbi xidmətə çağrılır. 2006-ci ilin yanvar ayında  xidmətini N-saylı hərbi hissədə başa vurmuşdur.

2009-cü ildə ailə qurmuşdur və iki övladı dünyaya gəlmişdir. Vəliyev Dəniz və Vəliyeva Zəhra

2008-ci ildə N-saylı hərbi hissədə könüllü olaraq müddətdən artıq hərbi quluqçu tankist kimi xidmətə başlamışdır.

Xidmət etdiyi müddətdə iki dəfə fəxri fərmanla təltif edilib.

Elmir 2016-cı il Aprel döyüşlərində böyük şücaətlə döyüş əməliyyatlarında iştirak etmişdir. Düşmənin bir neçə texnikasının və şəxsi heyyətinin məhv edilməsində xüsusilə fərqlənmişdir.

Vətən müharibəsi başlayan tarixdən Elmir döyüş əməliyyatlarına böyüş ruh yüksəkliyi ilə qatılaraq düşmənin bir neçə texnikasını şəxsi heyyətinin məhv edilməsində xüsusi əməyi var idi. Elmir işğal altında olan, bir neçə yaşayış məntəqələrimizin işğaldan azad olunmasında böyük şücaət göstərmişdir. 27.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ali baş komandan cənab İlham Əliyevin sərəncamına əsasən Elmir ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunması" medalları ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin.


9 Nisan 2022 Cumartesi

ƏSGƏROV TAĞI NAZİM


  Şəhid ƏSGƏROV TAĞI NAZİM oğlu

O,09 aprel 2001-ci il tarixində Gəncə şəhərində anadan olub.

2007-2018-ci illər ərzində Gəncə şəhərinin 6 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. 

 Tağı Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. 

Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Mövludun mübarək,ruhun şad olsun nurüzlüm


 

SÜLEYMANOV ƏYYUB RASİM oğlu


 Şəhid SÜLEYMANOV ƏYYUB RASİM oğlu

O, 9 aprel 2001-ci ildə İmişli rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub 2007-2016-cı illərdə Biləsuvar rayonu ərazisində salınmış, 7 saylı qəsəbədə fəaliyyət göstərən İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 9 illik təhsil almışdır. 2016-2018-ci illərdə Cəbrayıl rayon 131 nömrəli Texniki Peşə məktəbində təhsilini davam etdirərək elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru ixtisasına yiyələnmişdir. Peşə təhsilini başa vurduqdan sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə yerinə yetirən igid əsgər Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 noyabr 2020-ci il tarixdə Laçın rayonu istiqamətindəki döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Subay idi.

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Süleymanov Əyyub Rasim oğlu ölümündən sonra  "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

 Ruhun qarşısında baş əyirik Şəhidim.

Mövludun mübarək.


8 Nisan 2022 Cuma

Nicat Nüşrəvan oğlu Quliyev


 Şəhid kiçik çavuş Nicat Nüşrəvan oğlu Quliyev

1985-ci il aprelin 8-də Yevlax şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə döyüşüb. Nicat Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.