Şikarov Şikar Şükür oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1953-cü il dekabr ayının
3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı
orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali
Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa
vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota
komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ
Müdafiə Nazirliyinun Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə
oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində
yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar
hadisələrindən sonra Vətənə qayıtmışır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında
əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci
ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu
əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də
Ağdərəyə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkonik Şikarov
Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adı verilmişdir. Ailəli idi. İki övladı yadigar qalıb. Bakı şəhərinin
Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır
(əslən həmin kənddəndir).
Hiç yorum yok:
Yorum Gönder