31 Mayıs 2017 Çarşamba

Yevgeni Karlov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


1960-cı il mayın 31-də Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır. Öz peşəsinin vurğunu olan Yevgeni Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxt burada xidmət etməyi qərara almışdır. O, əvvəlcə Səngəçalda, sonra isə Bakıdakı "N" saylı hərbi hissədə təlimatçı pilot işləmişdir
Döyüşlərdə iştirakı
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, igidlik nümunələri göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlovun həyatının ən faciəli və son günü oldu. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Ailəsi
Ailəli idi. İki övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder