8 Mayıs 2020 Cuma

Albert Aqarunov

Dünyada yeganə insan idi ki, o dəfn ediləndə molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bu dünyada analoqu olmayan addım idi... Bu gün Şuşanın əfsanələrindən - Albert Aqarunovun anım günüdür... Şuşa onun öldürülməsindən sonra işğal olundu.
Adın nədir?
- Albert.
- Hansı millətdənsən?
– Yəhudi.
- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.
- Bir vətəndaş kimi borcunu nədə görürsən?
– Gəlib torpağı qorumaqda.
- Nə qədər vuruşmağı düşünürsən?
– Müharibənin axırına kimi…
Albertin adı çəkiləndə ermənilərin canına vəlvələ düşürdü. Düşmən həyasızcasına açıq rabitə ilə Albertin ölüsünü ya dirisini verənlərə böyük mükafat verəcəyini vəd edirdi. Təxribat xarakterli çağırışlar edirdilər ki, Alberti təhvil versəniz, nə qədər istəsəniz əsirləri qaytara bilərik.
533 nömrəli tank... Bu adı eşidəndə ermənilər bir anlıq vahiməyə düşürdü. Çünki bu tankın sahibi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yüzlərlə ermənini bu tankla məhv edib
Albert Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri idi.
Ermənilər onun adını eşidəndə çox qıcıqlanırdılar. Albertin ölümündən sonra bizim döyüşçülər öz tanklarının üzərinə Albert sözü yazmışdılar. Düşmənlər üstündə “Albert” yazılan bir tankımızı vuranda sevinməyə macal tapmamış görürdülər ki o biri tərəfdən başqa bir “Albert” çıxdı. Hava rabitəsi ilə ermənilərin deyindiklərini eşidirdik ki, “bu Albertlər nə qədərdir?”.

Hiç yorum yok:

Yorum Gönder