30 Mart 2022 Çarşamba

Telman Ələkbərov İqdam oğlu


 Şəhid Telman Ələkbərov İqdam oğlu

Telman Ələkbərov 30 mart 1991-ci il tarixində Bakı şəhərində anadan olub.

Uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Hər zaman əsgər paltarı geyinib, əsgər marşı oxuyarmış.

2009-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə yollanıb, 2010-cu ilin oktyabr ayında xidmətini başa vurub.

Bir müddət mühafizə xidmətində çalışdıqdan sonra Bədən Tərbiyəsi və İdman akademiyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra, gələcək həyatını orduya həsr etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə qəbul olub.

Zabit kursunu leytenant rütbəsi ilə bitirərək Ağdamda "N" saylı hərbi hissəyə motoatıcı taqım komandiri vəzifəsinə təyin olunub.

Elə oradaca baş leytenant rütbəsi alıb.

Telman Ələkbərov 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda ilk gündən döyüşlərdə olub, lakin ailəsinə bu barədə deməyib. Yalnız dayılarına bildirib ki, anamdan muğayat olun.

Telman 07 oktyabr 2020-ci il tarixində Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder