11 Mayıs 2022 Çarşamba

Fərid İmran oğlu Zaməddinov


 

Şəhid Gizir Fərid İmran oğlu Zaməddinov

1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub.1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.


 Ailəli idi. Nəzrin və Nərmin adına 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.


Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.


Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.


"Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin


Hiç yorum yok:

Yorum Gönder