21 Kasım 2016 Pazartesi

21 noyabr--Mehman Sayadov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


Mehman Sayadov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.
5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda  Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığıQarabağ müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi.
Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bütün cəhdlərə baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.


Qarakənd faciəsi – 25 il - 20.11.1990

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 25 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. 

Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror (şəkildəki - red.)
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

20 Kasım 2016 Pazar

20 Noyabr- Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.
Döyüşlərdə iştirakı
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xatirəsi
·         Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
·         Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
·         Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
·         Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
·         Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur


19 Kasım 2016 Cumartesi

Şəhidlər

Siz ey Vətən yolunda şirin canından keçib,
 İgidliyi, mərdliyi özünə amal seçib,
 Ömrün bahar çağında həyatdan erkən köçüb,
 Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
 Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,
 Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
 Məzarınız dönübdür ziyarət türbəsinə.
 İnanın, and içirik, qanınız alınacaq,
 Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
 Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
 Gələcək nəsillərə yetəcəkdir ününüz.
 Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
 Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
 Sinənizdə yurd saldı yurda atılan güllə.
 Məzarınız tutulur min çiçəyə, min gülə,
 Tərsiniz çiçək kimi, həmişə baharsınız!
 Azərbaycan köksündə əbədi yaşarsınız!

7 Nisan 2016 Perşembe

Mübariz İbrahimov


Mübariz İbrahimov Ağakərim  oğlu -  Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli QəhrəmanıAzərbaycanda "İlin adamı" (2010).


Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N saylı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.
Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb.Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.
Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır. 22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir. Düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşür. Düşmən postunu keçmiş ve 6 saat döyüşdükdən sonra duşmənin 140-dan  çox əsgər və zabitini məhv etmişdir.
Qayıtmaq imkanı ola-ola geri dönməmiş daha da irəli getmiş və vətən yolunda, bizlər üçün canından keçmişdir. Məhz bundan sonra ermənistanda 3 günlük matəm elan olunmuşdur. Ən böyük arzusu olan şəhidlik zirvəsinə ucalmışdır. Özünün də dediyi kimi VƏTƏN SAĞ OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun, yeri cənnətlik olsun....AMİN!!!
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.