Mehman
Sayadov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci
sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux
rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən
idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən
hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.
5 noyabr 1991-ci
ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından
birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar
göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü
dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan
çıxarmışdı. Mehman 1992-ci
il 9 may tarixdə
Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Döyüş meydanında gənc
Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu
Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığıQarabağ müharibəsi dövründə
dildən-dilə, eldən elə gəzdi.
Subay
idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci
il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Rəşid oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bütün cəhdlərə
baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün
olmamışdır.
Hiç yorum yok:
Yorum Gönder