23 Kasım 2016 Çarşamba

Rafiq Cahangir oğlu Səmədov

Göylərə ucalan şəhid ruhu Rafiq Cahangir oğlu Səmədov İctimai TV



Heykəltaraş rəssam - Samir İzayəddin oğlu Qaçayev


2-5 aprel  döyüşlərində Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan 1994-cü il təvəllüdlü əsgər Samir İzayəddin oğlu Qaçayev 







22 Kasım 2016 Salı

2016-cı il 2-5 aprel döyüşləri zamanı şəhid olmuş Milli Qəhrəmanlar

Murad Mirzəyev (d. 31 mart 1976SabirabadAzərbaycan - ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycanın Milli QəhrəmanıAzərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atam Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Ailəsi

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Samid Gülağa oğlu İmanov (d. 14 oktyabr 1981HəsənabadNeftçala rayonuAzərbaycan SSRSSRİ – ö. 2 aprel2016TalışTərtər rayonuAzərbaycan) — Azərbaycanın Milli QəhrəmanıDördgünlük müharibə şəhidi.
Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub.. 1998-ci ildə Neftçala rayonunun 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir.2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir.

Hərbi xidməti

Türkiyədə “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “dağa dırmanma üzrə təlimatcı" kursunda iştirak etmişdir.
Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samid İmanovun dəstəsi əməliyyat kecirtmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.

Dördgünlük müharibədə iştirakı və ölümü

Əsas məqalə: Dördgünlük müharibə
Dördgünlük müharibəsində, atışmada yaralanan komandir, əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir.Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi ücün qəti göstəriş vermişdi. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.
Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şükür Nəriman oğlu Həmidov (d. , Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.
Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
  • 2016 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı
  • 2016 — Flag of Azerbaijan.svg "Qızıl Ulduz" medalı

21 Kasım 2016 Pazartesi

21 noyabr--Mehman Sayadov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


Mehman Sayadov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.
5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda  Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığıQarabağ müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi.
Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bütün cəhdlərə baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.


Qarakənd faciəsi – 25 il - 20.11.1990

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 25 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. 

Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror (şəkildəki - red.)
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

20 Kasım 2016 Pazar

20 Noyabr- Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.
Döyüşlərdə iştirakı
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xatirəsi
·         Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
·         Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
·         Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
·         Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
·         Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur


19 Kasım 2016 Cumartesi

Şəhidlər

Siz ey Vətən yolunda şirin canından keçib,
 İgidliyi, mərdliyi özünə amal seçib,
 Ömrün bahar çağında həyatdan erkən köçüb,
 Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
 Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,
 Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
 Məzarınız dönübdür ziyarət türbəsinə.
 İnanın, and içirik, qanınız alınacaq,
 Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
 Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
 Gələcək nəsillərə yetəcəkdir ününüz.
 Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
 Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
 Sinənizdə yurd saldı yurda atılan güllə.
 Məzarınız tutulur min çiçəyə, min gülə,
 Tərsiniz çiçək kimi, həmişə baharsınız!
 Azərbaycan köksündə əbədi yaşarsınız!