Vətən torpağı bizim üçün səcdəgahdır,toxunulmazdır,müqəddəsdir.Əsil vətəndaş odur ki,öz vətəninin azadlıq və istiqlaliyyəti uğrunda hər an canını , qanını verməyə hazırdır.Vətən uğrunda canından keçən qərəmanlar əbədi bir həyata qovuşur,öldükdən sonra şərəflə yad edirlər.
Страницы
- Əsas səhifə
- Azərbaycan Respublikası
- Azərbaycan Silahlı Qüvvələri
- Milli Qəhrəmanlarımız
- Qəhrəman qadınlar
- Foto 1988-1994
- Foto
- Video
- Şerlər
- 2-5 aprel 2016
- 31 Mart soyqırımı
- 20 Yanvar
- Qarabağ
- Ağdam
- Ağdərə
- Cəbrayıl
- Füzuli
- Kəlbəcər
- Laçın
- Qubadlı
- Şuşa
- Xocalı
- Xocavənd
- Zəngilan
- Təqvim
- Tovuz döyüşləri
- 27 Sentyabr 2020 - Qarabağ Azərbaycandır !
- İkinci Qarabağ muharibəsi Qəhrəmanları
- İkinci Qarabağ müharibəsi Şəhidlərimiz
- Foto - II Qarabağ müharibəsi
- Əlaqə
18 Haziran 2020 Perşembe
30 Mayıs 2020 Cumartesi
Aqil Omarov
Bu gün Şəhidimiz Aqil Omarovun şəhadətindən 1 il ötür.
Aqil Omarov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri, şəhid. Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.
8 Mayıs 2020 Cuma
Şuşasız 28 il
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.[5] Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.[5]
Albert Aqarunov
Dünyada yeganə insan idi ki, o dəfn ediləndə molla və ravvin eyni vaxtda dua oxuyurdu. Bu dünyada analoqu olmayan addım idi... Bu gün Şuşanın əfsanələrindən - Albert Aqarunovun anım günüdür... Şuşa onun öldürülməsindən sonra işğal olundu.
Adın nədir?
- Albert.
- Hansı millətdənsən?
– Yəhudi.
- Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?
– Mən bu torpaqda yaşayıram, doğulmuşam burda, yaşayıram burda, daha heç nə məcbur eləmir.
- Bir vətəndaş kimi borcunu nədə görürsən?
– Gəlib torpağı qorumaqda.
- Nə qədər vuruşmağı düşünürsən?
– Müharibənin axırına kimi…
Albertin adı çəkiləndə ermənilərin canına vəlvələ düşürdü. Düşmən həyasızcasına açıq rabitə ilə Albertin ölüsünü ya dirisini verənlərə böyük mükafat verəcəyini vəd edirdi. Təxribat xarakterli çağırışlar edirdilər ki, Alberti təhvil versəniz, nə qədər istəsəniz əsirləri qaytara bilərik.
533 nömrəli tank... Bu adı eşidəndə ermənilər bir anlıq vahiməyə düşürdü. Çünki bu tankın sahibi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yüzlərlə ermənini bu tankla məhv edib
Albert Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri idi.
Ermənilər onun adını eşidəndə çox qıcıqlanırdılar. Albertin ölümündən sonra bizim döyüşçülər öz tanklarının üzərinə Albert sözü yazmışdılar. Düşmənlər üstündə “Albert” yazılan bir tankımızı vuranda sevinməyə macal tapmamış görürdülər ki o biri tərəfdən başqa bir “Albert” çıxdı. Hava rabitəsi ilə ermənilərin deyindiklərini eşidirdik ki, “bu Albertlər nə qədərdir?”.

22 Nisan 2020 Çarşamba
Aprel Şəhidimiz Sərvan Mehralıyevin sevdiyi qıza son məktubu.
“Salam əzizim Leyla! Əgər sən bu məktubu oxuyursansa, demək ki, artıq şəhid olmuşam. Mən hər dəfə posta qalxanda sənə məktub yazıram və məktubun üstündə də yazıram ki, şəhid olsam məktubu qardaşıma verin. Qardaşım da məktubu ünvanına çatdıracaq. Hər dəfə də postdan sağ-salamat qayıdanda məktubu cırıb atıram. Bugün nəsə ürəyim rahat deyil. Ona görə də yenə sənə məktub yazıram. Əgər sağ qalsam özüm sənə qayıdacam. Sən bilirsən ki, mən vətən üçün canımı hər zaman verməyə hazıram. Bugünki döyüş çox fərqlidir. Sağ qalsam, məktubu yenə cıracam. Əgər şəhid olsam, qadası, bil ki mən səni çox, lap çox sevirəm. Mən sənin haqqında ciddi düşünürdüm. Əsgərlikdə olduğum müddətdə də hiss elədim ki, sən və mən qovuşmalıyıq. Əsgərlikdən gələndə sənə elçi göndərəcəkdim, səninlə bir ömür boyu xoşbəxt olmaq istəyirdim. Məktubu oxuyursansa, ağlama. Mən göylərdən Sənə baxıram. Şəhid üçün ağlamazlar. Mən şəhid olsam da, hər zaman səni görəcəm, sənin yanında olub, səni qoruyacam. Heç vaxt demə ki, Sərvan yoxdur. Sərvanın ruhu həmişə sənin yanında olacaq”.
🇦🇿 Aprel Şəhidimiz Sərvan Mehralıyevin sevdiyi qıza son məktubu...
🇦🇿 Aprel Şəhidimiz Sərvan Mehralıyevin sevdiyi qıza son məktubu...
18 Nisan 2020 Cumartesi
Elşad Ağayev
Bu gün şəhid, "Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin doğum günüdür.
Elşad Ağayev 1967-ci il aprel 18-də Masallı rayonunda ziyalı ailəsində anadan olub. Elşad Ağayev uşaq vaxtlarında idmana böyük həvəsi göstərib.
Elşad Ağayev 1992-ci ilin martında könüllü olaraq ordu sıralarına qoşulub. Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.
Elşad Ağayev hərbi xidmətdən qayıtdıqdan sonra ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.
Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra isə Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.
15 Nisan 2020 Çarşamba
Elvin Həsənov
Şəhidimiz Elvin Həsənov 1994-cı ilin 24 aprel tarixində Sumqayıt şəhərində anadan olub. O, 2014-cı ilin martında Şəhid olub.
Martın 18-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Elvin Həsənovu göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Ruhun şad olsun Şəhidim!

Kaydol:
Kayıtlar (Atom)