26 Temmuz 2020 Pazar

Bu gün bu 4 igidin doğulduğu o şanlı gündür!


🇦🇿Birinci Qarabağ müharibəsi iştirakçısı Şəhidimiz,  Milli Qəhrəman adından imtina edən (Fred) Asif Məhərrəmov;

🇦🇿Dostu Şəhid olduqdan sonra onun qisasını alacağına söz verib, təyin olunmuş əməliyyatda vuruşaraq dostunun qisasını alan Şəhid olan kapitan Toğrul Məmmədov;

🇦🇿2016--cı il aprel döyüşlərində Şəhid düşən Vətən oğlu gizir Elmidar Səfərov;

🇦🇿2016-cı il aprel döyüşlərində Şəhid düşən Vətən oğlu Baş leytenant Rəşid Mehdiyev;

Şəhidlərimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik.

Ruhları şad, məkanları cənnət olsun!

20 Temmuz 2020 Pazartesi

🇦🇿Hərbçimiz vəfat edib..

20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Cənab polkovnikə Allahdan rəhmət, əzizlərinə səbr diləyirik.

16 Temmuz 2020 Perşembe

16.07.2020 əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub


Şəhid olan 24 yaşlı hərbçimiz - Foto
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.
“Qafqazinfo”nun məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. 1996-ci il təvəllüdlü şəhidimizin cənazəsi Ağstafada izdihamla qarşılanıb. Şəhid Nazim İsmayılov doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Ağstafanın icra başçısı Seymur Orucov, millət vəkilləri Qənirə Paşayeva, Səməd Seyidov iştirak ediblər. Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşlı şəhidimiz subay olub.






14.07.2020 Şəhid gizirimiz Yaşar Babayev dəfn edilib

Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salındıAzərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu 14.07.2020 tarixində doğulduğu kənddə torpağa tapşırılıb.
"Report" xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib.
Şəhid gizirimiz Yaşar Babayev dəfn edildi - FOTO

15 Temmuz 2020 Çarşamba


gizir Zeynallı İlqar Ayaz oğlu dəfn olunub

Zeynallı İlqar Ayaz oğlu nəşi Cəlili kəndində torpağa tapşırılıb

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Gizir Zeynallı İlqar Ayaz oğlunun dəfn mərasimi keçirilib. AYNA xəbər verir ki, şəhidin nəşi Tovuz rayonu Cəlili kəndində dəfn edilib.



14.07.2020 Şəhid mayor Anar Novruzov Masallıda dəfn edilib

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib. 
 APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib . Şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.
Şəhid mayor Anar Novruzov dəfn edildi -<b style="color:red"> Yenilənib</b>