16 Temmuz 2020 Perşembe

16.07.2020 əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub


Şəhid olan 24 yaşlı hərbçimiz - Foto
Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.
“Qafqazinfo”nun məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub. 1996-ci il təvəllüdlü şəhidimizin cənazəsi Ağstafada izdihamla qarşılanıb. Şəhid Nazim İsmayılov doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Ağstafanın icra başçısı Seymur Orucov, millət vəkilləri Qənirə Paşayeva, Səməd Seyidov iştirak ediblər. Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşlı şəhidimiz subay olub.






Hiç yorum yok:

Yorum Gönder