11 Ekim 2020 Pazar

Gecə saatlarında düşmən humanitar atəşkəsə baxmayaraq, Gəncə şəhərini atəşə tutub

Partlayış zamanı 2 uşaq bağçasına da ziyan dəyib.

Atılan raketlərdən biri şəhərdəki yaşayış binasının üzərinə düşüb. 

Hikmət Hacıyev: “Gəncəyə hücum soyqırım aktıdır”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında ermənilərin Gəncəyə barbar hücumunu Xocalı soyqırımı ilə müqayisə edib.

“Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”, - deyə o qeyd edib.














10 Ekim 2020 Cumartesi

Azərbaycanla Ermənistan arasında “humanitar atəşkəs” elan edildi

 

RƏSMİ! Görüşün nəticəsi:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.



Humanitar atəşkəs barədə hər hansı bir müddət yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, əsas proses Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçiriləcək:

"Cəsədlərin götürülməsinin və girovların dəyişdirilməsinin nə qədər vaxt aparacağını həmin təşkilat deyə bilər".

9 Ekim 2020 Cuma

Azərbaycan oyaqdır, Dövlətinə , Ordusuna dayaqdır!!!

 Həm ordudan, həm də cənab nazir Ceyhun Bayramovdan xəbər gözləyirik. 

Allah qüvvət versin!!!

Qoşulmama Hərakatının üzv dovlətləri Azərbaycanla həmrəy olduqlarını bildiriblər - BƏYANAT

 Qoşulmama Hərəkatının üzv dövlətləri Ermənistan-Azərbaycan münaqişəsində hərbi əməliyyatların yenidən başlamasını şiddətlə qınayır, insan itkisi və mülki əhaliyə təsirinə görə təəssüflənirlər.

Milli.Az bildirir ki, bu barədə Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilmiş Nazirlər Səviyyəsində Görüşünün Xüsusi Bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Qoşulmama Hərəkatının Nazirlər Görüşü Ermənistan və Azərbaycan arasında münaqişənin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) əsasında həllinə dəstəyini bir daha təsdiq edir.

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edir və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildirirlər.

Qoşulmama Hərəkatının üzv dövlətləri Birləşmiş Millətlər Təşkilatının Baş katibinin 27 sentyabr 2020-ci il tarixli müvafiq çağırışını nəzərə aldılar".

Müharibənin 13-cu gününün

 Aşağıdakı kəndlərimiz,Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri işğaldan azad edilib


1. Qaraxanbəyli kəndi (Füzuli, 27.09.2020),

2. Qərvənd kəndi (Füzuli, 27.09.2020),

3. Kənd Horadiz (Füzuli, 27.09.2020),

4. Yuxarı Əbdürrəhmanlı kəndi (Füzuli, 27.09.2020),

5. Böyük Mərcanlı kəndi (Cəbrayıl, 27.09.2020),

6. Nüzgar kəndi (Cəbrayıl, 27.09.2020),


7. Şərvənj kəndi (Füzuli, 28.09.2020),


8. Suqovuşan kəndi (Tərtər, 03.10.2020),

9. Talış kəndi (Tərtər, 03.10.2020),

10. Mehdili kəndi (Cəbrayıl, 03.10.2020),

11. Çaxırlı kəndi (Cəbrayıl, 03.10.2020),

12. Aşağı Maralyan kəndi (Cəbrayıl, 03.10.2020),

13. Şəybəy kəndi (Cəbrayıl, 03.10.2020),

14. Quycaq kəndi (Cəbrayıl, 03.10.2020),

15. Aşağı Əbdürrəhmanlı kəndi (Füzuli, 03.10.2020),


16. Cəbrayıl şəhəri (04.10.2020),

17. Karxulu kəndi (Cəbrayıl, 04.10.2020),

18. Şükürbəyli kəndi (Cəbrayıl, 04.10.2020), 

19. Çərəkən kəndi (Cəbrayıl, 04.10.2020), 

20. Daşkəsən kəndi (Cəbrayıl, 04.10.2020), 

21. Horovlu kəndi (Cəbrayıl, 04.10.2020), 

22. Mahmudlu kəndi (Cəbrayıl, 04.10.2020), 

23. Cəfərabad kəndi (Cəbrayıl, 04.10.2020), 

24. Yuxarı Maralyan kəndi (Cəbrayıl, 04.10.2020), 

25. Decal kəndi (Cəbrayıl, 04.10.2020),


26. Şıxəli Ağalı kəndi (Cəbrayıl, 05.10.2020),

27. Sarıcalı kəndi (Cəbrayıl, 05.10.2020),

28. Məzrə kəndi (Cəbrayıl, 05.10.2020),


29. Hadrut qəsəbəsi (Xocavənd, 09.10.2020),

30. Çaylı kəndi (Tərtər, 09.10.2020),

31. Yuxarı Güzdək kəndi (Füzuli, 09.10.2020),

32. Görəzilli kəndi (Füzuli, 09.10.2020),

33. Qaracallı kəndi (Cəbrayıl, 09.10.2020),

34. Süleymanlı kəndi (Cəbrayıl, 09.10.2020),

35. Əfəndilər kəndi (Cəbrayıl, 09.10.2020),

36. Sur kəndi (Xocavənd, 09.10.2020),

37. ...........,


Siyahı hələ tamamlanmayıb... 

Siyahıya nöqtəni Azərbaycan əsgəri qoyacaq!!!

27.09.-07.10.2020

 


Ali Baş Komandanın 09.10.2020 tarixindəki çıxışından

 🇦🇿 İlham Əliyev:  "İndi kimin ayağına yıxılırsan yıxıl! Kimin dabanını yalıyırsan yala! İndi görüm necə deyir Qarabağ Ermənistandı!"

"Biz onlara göstərdik ki, biz beynəlxalq aləmdə də qalibik. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz"

"Biz düşmənə sonuncu dəfə şans veririk. Torpaqlarımızı qaytarıb çıxın. "

"Bu əməliyyat olmasaydı, onların dərsini verməsəydik, bu qaçardımı Moskvaya? Oturacaqdı özündən razı. Amma indi gizlənməyə deşik axtarır. Hanı sənin hikkən? Hanı sənin "təkəbbürün"? Biz torpaqlarımızı geri alacağıq. Ermənistana axırıncı şans veririk. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Biz Ermənistanı diz çökdürmüşük!"