10 Ekim 2020 Cumartesi

Azərbaycanla Ermənistan arasında “humanitar atəşkəs” elan edildi

 

RƏSMİ! Görüşün nəticəsi:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.



Humanitar atəşkəs barədə hər hansı bir müddət yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, əsas proses Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçiriləcək:

"Cəsədlərin götürülməsinin və girovların dəyişdirilməsinin nə qədər vaxt aparacağını həmin təşkilat deyə bilər".

Hiç yorum yok:

Yorum Gönder