19 Temmuz 2021 Pazartesi

19.07.1997- Şəhidimiz kiçik çavuş Paxırov Elsevər Eyvaz oğlu min doğum günüdür




Elsevər Paxırov 1997-ci il iyulun 19-da Balakən şəhərində anadan olub.2004-2015-ci illərdə Hənifə kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elsevər Paxırov 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.


Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elsevər Paxırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Paxırov oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Paxırov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin! Vətən sağ olsun!

16 Temmuz 2021 Cuma

16.07.2021

 


Bu gün  Şəhidimiz İmam Əliyevin cənnətdəki ilk doğum günüdür.

Allahdan ailəsinə və yaxınlarına səbr diləyirik. 

Şəhidlər ölməzdir onlar daim qəlbimizdə yaşayacaqlar.

14 Temmuz 2021 Çarşamba

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub. Cavab atəşi açılıb


İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.


https://mod.gov.az/az/news/azerbaycan-ordusunun-susa-etrafindaki-movqeleri-atese-tutulub-cavab-atesi-acilib-36801.html

____


Обстреляны позиции Азербайджанской Армии в окрестностях города Шуша. Произведен ответный огонь


В ночь на 15 июля из стрелкового оружия подверглись обстрелу позиции Азербайджанской Армии в окрестностях города Шуша. Огонь велся со стороны незаконных армянских вооруженных отрядов, находящихся на территории Азербайджана, где временно размещены российские миротворцы. С целью подавления активности противной стороны был открыт ответный огонь.

Погибших и раненых среди личного состава подразделений Азербайджанской Армии нет.


https://mod.gov.az/ru/news/obstrelyany-pozicii-azerbajdzhanskoj-armii-v-okrestnostyah-goroda-shusha-proizveden-otvetnyj-ogon-36803.html

____


The positions of the Azerbaijan Army in the vicinity of the Shusha city came under fire. Retaliation fire was inflicted


On July 15 at night, the Azerbaijan Army’s positions in the vicinity of the Shusha city came under fire by small arms. The fire was opened by the illegal Armenian armed detachments that are in the territory of Azerbaijan, where Russian peacekeepers are temporarily deployed. Retaliation fire was inflicted to suppress the activity of the opposing side.

There are no losses or wounded among the military personnel of the Azerbaijan Army Units.


https://mod.gov.az/en/news/the-positions-of-the-azerbaijan-army-in-the-vicinity-of-the-shusha-city-came-under-fire-retaliation-fire-was-inflicted-36802.html

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

 

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


https://mod.gov.az/az/news/ermenistan-silahli-quvveleri-naxcivan-istiqametinde-movqelerimizi-atese-tutub-36779.html

____

Армянские вооруженные силы подвергли обстрелу позиции нашей армии на Нахчыванском направлении


14 июля примерно в 10:00 подразделения армянских вооруженных сил из разнокалиберного оружия подвергли обстрелу позиции Азербайджанской Армии в направлении Садаракского района Нахчыванской Автономной Республики на армяно-азербайджанской государственной границе.

В результате обстрела получил ранение военнослужащий Азербайджанской Армии Марданлы Ибадулла Махсуд оглу. Раненому была оказана первая медицинская помощь, после чего он был эвакуирован в медицинское учреждение.

Ответным огнем противник был подавлен. В настоящее время ситуация в указанном направлении стабильна, оперативная обстановка контролируется подразделениями наших войск.


https://mod.gov.az/ru/news/armyanskie-vooruzhennye-sily-podvergli-obstrelu-pozicii-nashej-armii-na-nahchyvanskom-napravlenii-36780.html

____


Armenian armed forces subjected to fire positions of the Azerbaijan Army in the Nakhchivan direction 


On July 14, at about 10:00, the Armenian armed forces units using various caliber weapons subjected to fire the positions of the Azerbaijan Army located in the direction of the Sadarak region of the Nakhchivan Autonomous Republic on the Armenian-Azerbaijani state border.

As a result, a serviceman of the Azerbaijan Army, Mardanli Ibadulla Mahsud, is wounded. The wounded serviceman received first aid and was evacuated to the hospital.

The enemy was suppressed by the retaliation fire. Currently, the situation in this direction is stable, our units control the operational situation.


https://mod.gov.az/en/news/armenian-armed-forces-subjected-to-fire-positions-of-the-azerbaijan-army-in-the-nakhchivan-direction-36781.html

13 Temmuz 2021 Salı

14.07.2020- 14.07.2021

 


Ermənistan ordusunun bölmələri düz bir il əvvəl iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutması nəticəsində ordumuzun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçu şəhid olub.


Ruhunuz şad olsun! 🇦🇿

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

 

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

____


Подверглись обстрелу позиции Азербайджанской Армии


13 июля в 21:34 и 21:45 незаконные армянские вооруженные отряды, находящиеся на территории Азербайджана, где временно размещены российские миротворцы, подвергли обстрелу из пулеметов и автоматов позиции Азербайджанской Армии в окрестностях города Шуша.

 Погибших и раненых среди личного состава наших подразделений нет.

____


Positions of the Azerbaijan Army were subjected to fire


On July 13, at 21:34 and 21:45, illegal Armenian armed detachments that are in the territory of Azerbaijan, where Russian peacekeepers are temporarily deployed, using machine guns and assault rifles subjected to fire the positions of the Azerbaijan Army located in the vicinity of the Shusha city. 

There are no losses or wounded among the military personnel of the Azerbaijan Army Units.