31 Temmuz 2021 Cumartesi

Şəhid Ruslan Rəcəb oğlu Rəcəbov



1984-cü il avqustun 1-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Ruslan Rəcəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Rəcəbov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.


 "Qarabağ" ordeni ilə təltif edildi.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

"Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi

"Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.

#HərŞeyVətənÜçün

 

Cahangirli Habil Həzər oğlu

 

Azərbaycan Ordusunun baş leytenantı, Vətən müharibəsi qazisi, 1980-ci il təvəllüdlü Cahangirli Habil Həzər oğlu Ankarada müalicə aldığı Hacettepe Universiteti Xəstəxanasında dünyasını dəyişib.


Qeyd edək ki, Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, Vətən müharibəsində iştirak edib, "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif edilib. 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.


Allah rəhmət eləsin!

31 İyul Vətən Müharibəsi şəhidlərimizdən


 

1. Əsgər Əliyev Elvin Famil oğlunun (31.07.2000)

2. Baş leytenant Gülməmmədov Amin Mayis oğlunun (31.07.1995)

3. MAHHXHQ kiçik  çavuş İsmayılov Sərdar Sərvər oğlunun (31.07.1995)

4. Leytenant Məmmədli Nicat Rizvan oğlunun (31.07.1999)

5. Əsgər Məmmədzadə Pərviz Zahid oğlunun (31.07.2001)

6. MAHHXHQ əsgər Mirzəyev Elçin Maqsud oğlunun (31.07.1985) 

7. Baş leytenant Quliyev Əvdil Qardaşxan oğlunun (31.07.1972) doğum günüdür


Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

30 Temmuz 2021 Cuma

Şəhid Rafiq Səmədov

 

30.07.1992-ci il Rafiq Səmədovun şəhid olduğu gündür.

Rafiq Səmədov Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi olub. I Qarabağ müharibəsidə könüllü iştirak edib.

Allah rəhmət eləsin.

29 Temmuz 2021 Perşembe

Şəhid Kamal Məmmədov



 Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.


2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Şəhid MAHHXHQ Salahov Kamil Mətləb oğlu


 30.07.1998-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində anadan olub. Kamil Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


Şəhidimiz ailəli idi.2020 ci il 14 sentyabrda doğulan Tunar adlı oğlu Vətənə əmanətdir.


O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin.

Şahin Fətəliyev Şamxal oğlu


30 İyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu kəndində doğulub. 2017- ildə hərbi xidmətə yollanıb. Lakin xidməti başa vurduqdan sonra hərbə olan marağı onu yenidən bu sahəyə yönləndirir və Müddətdən Artıq Hərbi Quluçu kimi Vətənə xidmətini davam etdirir.

Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman   döyüşlərdə iştirak edir. Düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. 27 nəfər yoldaşını döyüş meydanından uzaqlaşdırıb. 30 İyul 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən " Füzulininin azad olunmasına görə" medalı ilə təltif edildi.


Şəhidimizin 2020-ci il təvəllüdlü Zəhra adlı qızı bizə yadigar qaldı.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.