29 Temmuz 2021 Perşembe

Şəhid Kamal Məmmədov



 Kamal Məmmədov 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.


2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Hiç yorum yok:

Yorum Gönder