23 Kasım 2021 Salı

İbrahim Mahmudov Ağagül oğlu


İbrahim Mahmudov Ağagül oğlu

23 Noyabr 1998-ci ildə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə 108 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunan İ.Mahmudov 2014-cü ildə məktəbi orta təhsillə bitirmiş və özünün arzuladığı maşın ustası sənətinə yiyələnmişdir. 2017-ci il yanvar ayının 29-da həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti müddətində komandirlər və rəisləri tərəfindən verilən tapşırıq və göstərişləri vaxtında və düzgün yerinə yetirməklə özünü intizamlı hərbi qulluqçu kimi göstərmişdir. 2 iyul 2018-ci il tarixdə hərbi xidmətini başa vuran İ.Mahmudov Vətən müharibəsi zamanı könüllü olaraq ordu sıralarına qoşulmuş və 11.10.2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 “Xocavəndin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Vüqar İsmayılov Məhəmməd oğlu


Vüqar İsmayılov Məhəmməd oğlu

23 Noyabr  1998-ci ildə Sumqayıt şəhərində doğulub. 2004-2015-ci illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə, 2016-2020-ci illərdə isə Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Regionşünaslıq (ABŞ və Kanada) ixtisasında təhsil almışdır. Futbolla da maraqlanırdı.

Vüqar İsmayılov 2020-ci il iyulun 28-i həqiqi hərbi xidmətə çağırılmışdır. Oktyabrın 4-ü Suqovuşan döyüşündə şəhid olmuş, 17-si Sumqayıt Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi. 


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.06.2021 “Suqovuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

22 Kasım 2021 Pazartesi

İbrahimli Məhəmmədəli Mütəllim oğlu


 İbrahimli Məhəmmədəli Mütəllim oğlu


Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.


"İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən olub.


2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. Oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.


2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramı yaradılıb.


2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salıb. Oyundan sonra M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülüb.


21 yanvar 2021-ci ildə "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirib.


23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.



Nəzərov Elməddin İsmayıl oğlu


 Nəzərov Elməddin  İsmayıl oğlu


Elməddin Nəzərov 1996-cı il noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Subay idi.


Azərbaycan Ordusunun əsgəri olan Elməddin Nəzərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Nəzərov oktyabrın 30-da Qubadlı döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Nəzərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Hüseynov Emin Zakir oğlu



Şəhid Hüseynov Emin Zakir oğlu 22 noyabr 1992-ci ildə Bərdə şəhər Mollaisalar kəndində dünyaya gəlib. 


17.01.2017-ci ildə hərbi xidmətə çağırılıb. Goranboy rayonunda döyüşüb. 


29.09.2020-ci ildə Goranboy rayon istiqamətində şəhid olmuşdur. Kəşfiyyat bölüyü Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində həlak olmuşdur.

Doğulduğu Mollaisalar kəndində dəfn edilib. 


"Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib. 

Əliyev Nihad Heydər oğlu


Əliyev Nihad Heydər oğlu

22 Noyabr 2000-ci ildə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində anadan olub. Əslən Laçın rayonunun Alxaslı kəndindəndir. 2007-ci ildə Alxaslı kənd orta məktəbinə getmiş, 2016-cı ildə bu məktəbin 9-cu sinfini bitirərək Zərdab rayon peşə məktəbinə daxil olub. 3 iyun 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb və Gəncə şəhərində hərbi xidmət keçib. Üç ay sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə Göytəpə şəhərində davam etdirib.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı 29 sentyabr 2020-ci ildə Kəlbəcər rayonu ərazisinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 “Kəlbəcərin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Elmir Əliyev Süleyman oğlu



Elmir Əliyev  Süleyman oğlu

22 Noyabr 1980-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində doğulub. 1987–1993-cü illərdə Ağdam rayonunda Pirzatlı kənd tam orta məktəbində, 1993–1997-ci illərdə Bərdə rayonunda A. Məlikov adına Şorəlli kənd tam orta məktəbində təhsil alıb.

Elmir Əliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elmir Əliyev noyabrın 3-də Ağdam rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.

Ailəli idi. İki övladı yadigar qaldı.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


05.11.2021 “Ağdamın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.