22 Kasım 2021 Pazartesi

İbrahimli Məhəmmədəli Mütəllim oğlu


 İbrahimli Məhəmmədəli Mütəllim oğlu


Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.


"İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən olub.


2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. Oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.


2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramı yaradılıb.


2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salıb. Oyundan sonra M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülüb.


21 yanvar 2021-ci ildə "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirib.


23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.



Hiç yorum yok:

Yorum Gönder