17 Aralık 2021 Cuma

Orucov Ceyhun Namaz oğlu


Orucov Ceyhun Namaz oğlu

Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub.


2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.


Subay idi.


Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.


Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib.


2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi.


Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Ceyhun Orucov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Fikrət Hikmət oğlu Zeynalov


 

Şəhid XTQ mənsubu  Fikrət Hikmət oğlu Zeynalov

1995-ci il dekabrın 17-də Haciqabul rayonunun Rəncbər kəndində anadan olmuş, həmin kənddə orta təhsil almışdır...

2017-ci ildə Gəncə Texnologiya Universitetini bitirmişdir. 2018-ci ildən Bakı şəhərinin Qaradağ qəsəbəsindəki kursda təhsil almış və sonra Xüsusi Təyinatlı dəstədə gizir kimi hərbi xidmətə başlamışdır.

Subay idi

Fizuli istiqamətində gedən döyüşlərdə 16  oktyabrda  qəhrəmancasına şəhid olmuşdur.

23 oktyabrda dəfn edilmişdir.

 XTQ-nin giziri olan Fikrət Zeynalov həyatını vətən uğrunda fəda etdi.

 Ölümündən sonra cəsur vətən oğlu "Rəşadət ordeni" ,"Vətən uğrunda","Cəsur döyüşcü", "Kəlbəcərin azad olunmasına görə ", "Fizulinin azad olunmasına görə", "Xüsusi Təyinatlı Qüvvələrin yaranmasına görə" medalları ilə təltif olunub.


Allah rəhmət eləsin.

Qasımov İsmayıl Sadiq oğlu


 

Şəhid Gizir Qasımov İsmayıl Sadiq oğlu

17 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbi Sumqayıt şəhəri 14 saylı orta məktəbdə oxumuşdur.

2020-ci ilin fevral ayında işləmək üçün Qazaxıstanın Aktau şəhərinə getmişdir. Tovuz döyüşlərində cənab general Polad Həşimovun şəhid olmasından sonra səfərbərliyin elan olunduğunu eşidib dərhal vətənə qayıtmaq istəyir. Sentyabr ayında vətənə qayıda bilir.

21 sentyabrda səfərbərliklə təlimlərə cəlb olunub, 27 sentyabr müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayıl və Füzulinin azad olunması uğurunda olan döyüşlərdə iştirak edib, bir çox kəndlərin və postların alınmasında Bakı Həmlə taborunun GİZİRİ/taqım komandirinin müavini kimi iştirak edib.

9 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən çətin döyüşlərdə qəhramancasına şəhid olur. Uzun müddət nəşi neytraldan zonadan götürülə bilmir. 30 oktyabr tarixində nəşi neytral zonadan götürülür. Oğlu Cəsurdan DNT nümunəsi götürülərək şəxsiyyətinin təsdiq olunması mümkün olur.

10 dekabr 2020-ci il tarixində Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif olunub:

• “Vətən uğrunda”

• “Cəsur döyüşçü”

• “Füzulinin azad olunmasına görə”


Allah rəhmət eləsin.


16 Aralık 2021 Perşembe

Əsgər Nəbiyev Nicat Ramil oğlu


 

Əsgər Nəbiyev Nicat Ramil oğlu

16 dekabr 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. 

Hərbi xidmətini əsgər kimi keçib, 27 sentyabr tarixində başlayan Vətən müharibəsində döyüş yoldaşları ilə birlikdə Vətənin müdafiəsi, ərazi bütövlüyümüzün bərpası naminə öz yerini tutmuşdur. Təxris olunmasına 3 ay qalmış qəhrəmancasına Şəhid olmuşdur.


Allah rəhmət eləsin.


Məhəbbət Ədalət oğlu Mirzəyev


 

Şəhid XTQ mənsubu  Məhəbbət Ədalət oğlu Mirzəyev.

 Şəhidimiz Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.

Məhəbbət Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına Şəhid oldu.

Aprelin 12-si isə Məhəbbət Mirzəyev doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, Şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və hərbi qulluqçu Mirzəyev uğrunda Şəhid olduğu torpağa tapşırıldı.

Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məmmədov Azad Tahir oğlu


 

 Məmmədov Azad Tahir oğlu

Məmmədov Azad Tahir oğlu 16 dekabr 1995-ci ildə anadan olub. Evin tək oğlu idi.Bakı şəhəri, Nəsimi rayonunda yaşayıb.Azad Məmmədov mədəni, sakit hər şeyi gülərək qarşılayan, astagəl insan idi. Şəhidimizin səsi də gözəl olub. Əsgər yoldaşları hər dəfə xahiş edirmiş ki, "Azad, bir Qarabağ havası ifa elə,qardaş". O da xahişlərini yerə salmırmış. Azad Məmmədov avtoqəza keçirmişdi deyə hərbi xidmətə gec getmişdi. 20 aprel 2020-ci ildə isə tərxis olunmuşdu.


Azərbaycan Ordusunun əsgəri olan Azad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Azad ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.



Səməd Kərimli



Səməd Kərimli 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Kənd tam orta məktəbində təhsilini almışdır.

Səməd Kərimli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 


Şəhid Səməd Kərimli 9 noyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn olunmuşdur. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.  


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. 


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Kərimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.