17 Aralık 2021 Cuma

Qasımov İsmayıl Sadiq oğlu


 

Şəhid Gizir Qasımov İsmayıl Sadiq oğlu

17 dekabr 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbi Sumqayıt şəhəri 14 saylı orta məktəbdə oxumuşdur.

2020-ci ilin fevral ayında işləmək üçün Qazaxıstanın Aktau şəhərinə getmişdir. Tovuz döyüşlərində cənab general Polad Həşimovun şəhid olmasından sonra səfərbərliyin elan olunduğunu eşidib dərhal vətənə qayıtmaq istəyir. Sentyabr ayında vətənə qayıda bilir.

21 sentyabrda səfərbərliklə təlimlərə cəlb olunub, 27 sentyabr müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayıl və Füzulinin azad olunması uğurunda olan döyüşlərdə iştirak edib, bir çox kəndlərin və postların alınmasında Bakı Həmlə taborunun GİZİRİ/taqım komandirinin müavini kimi iştirak edib.

9 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən çətin döyüşlərdə qəhramancasına şəhid olur. Uzun müddət nəşi neytraldan zonadan götürülə bilmir. 30 oktyabr tarixində nəşi neytral zonadan götürülür. Oğlu Cəsurdan DNT nümunəsi götürülərək şəxsiyyətinin təsdiq olunması mümkün olur.

10 dekabr 2020-ci il tarixində Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn olunur.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif olunub:

• “Vətən uğrunda”

• “Cəsur döyüşçü”

• “Füzulinin azad olunmasına görə”


Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder