17 Aralık 2021 Cuma

Orucov Elvin Rövşən oğlu



Şəhid gizir Orucov Elvin Rövşən oğlu

 Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin I sinfinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmiş və 2009-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra  6 aylıq kurs keçərək Füzuli rayonunun Əhmədbəyli kəndində gizir rütbəsində xidmətə başlamışdır. Aprel döyüşlərində də iştirak edən Elvin Orucov Vətən müharibəsində əsl qəhrəman kimi döyüşmüş və Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Emil adlı oğlu və Elay adlı qızı onun yadigarlarıdır.


Bütün şəhidlərimiz kimi, Elvin Orucovun da göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında onun da adı var. E.Orucov ölümündən sonra Prezident İlham Əliyevin  sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə 

təltif edilib.

Allah rəhmət eləsin.


Vüsal Kazımov

 

 Vüsal Kazımov  1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil almışdır. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirmişdir.


23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləmiş, 2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil almışdır. Təhsili ilə bərabər Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışmışdır.


Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlamışdır. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdir.


Ailəli idi, iki övladı var.


05 iyul 2011-ci ildə Lənkəran rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.


06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində ştatdan kənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur.


03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin N saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyyata tərxis olunmuş  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lənkəran rayon şöbəsinin qeydiyyatına alınmışdır.


Azərbaycan Ordusunun baş leytenantı olan Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak etmişdir. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlamışdır. Şuşanın azad edilməsində şəhid olmuşdur. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdir.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən baş leytenant Kazımov Vüsal Kamran oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayişetdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı,  Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilmişdir.


Allah rəhmət eləsin!

Mustafazadə Taleh Qənimət oğlu

 Mustafazadə Taleh Qənimət oğlu

Taleh Mustafazadə 1995-ci il dekabrın 17-də Gəncə şəhərində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb.


Azərbaycan Ordusunun əsgəri olan Taleh Mustafazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Mustafazadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Mustafazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Batdal Bayraxtarov Mikail oğlu


 🇦🇿Şəhid Batdal Bayraxtarov Mikail oğlu 18 yaşında,44 günlük Vətən müharibəsi zamanı şərəflə döyüşərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Cəbrayıl və Füzuli  rayonlarının azadlığı uğrunda gedən ən qızğın döyüşlərdə ön sırada yer alıb. Ölümündən sonra "İgidliyə görə","Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalı ilə təltif edilib. Batdal Bayraxtarov 2002-ci ilin aprelin 1-də Qubanın Ağbil kəndində  axısqa türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Batdal cüdo üzrə bir sıra turnirlərin qalibi olub.

Ruhu şad olsun!🇦🇿

Elman Babaxanov Ağamirzə oğlu



 Elman Babaxanov Ağamirzə oğlu

17 Dekabr 1993-cü ildə Bakı şəhərində doğulub. 2009-2012-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb. və 2016-cı ildən hərbi xidmətə başlayıb. 

Azərbaycan Ordusunun baş leytenantı olan Elman Babaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Babaxanov noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi. Asena adında bir qızı yadigar qaldı.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Azərbaycan Bayrağı" ordeni 


25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Sənan Ələsgərov Əkram oğlu


Sənan Ələsgərov Əkram oğlu

17 Dekabr 1996-cı ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 2003–2014-cü illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb.

Sənan Ələsgərov 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Sənan Ələsgərov 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sənan Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi savaşıb. Sənan Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub. Subay idi.


 TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Kərimov Şamo Elman oğlu


Kərimov Şamo Elman oğlu 17 dekabr 1987-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olub.


Qubadlı istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində 8 oktyabr tarixində şəhid olub. 


Döyüşlər zamanı göstərdikləri igidliklərə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib