17 Aralık 2021 Cuma

Sənan Ələsgərov Əkram oğlu


Sənan Ələsgərov Əkram oğlu

17 Dekabr 1996-cı ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 2003–2014-cü illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb.

Sənan Ələsgərov 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Sənan Ələsgərov 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sənan Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi savaşıb. Sənan Ələsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub. Subay idi.


 TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder