20 Aralık 2021 Pazartesi

Tağıyev Azər Kamil oğlu


 

Şəhid MAHHXHQ Tağıyev Azər Kamil oğlu

1999-cu il dekabr ayının 20-si Şahtaxtı kəndində anadan olub. Azər 2018-ci ildə  hərbi xidmətə çağırılıb və 2019-cu ildə xidməti başa vurub. Xidməti bitirdikdən sonra könüllü ərizə yazaraq yenidən ordu sıralarına daxil olaraq xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı qumbaraatan vəzifəsində xidmətini davam etdirib. Vətən müharibəsi başlayan zaman Naxçıvandan yollanan dəstənin içində ön cəbhədə döyüşlərə qatılıb. Hadrut, Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. Şuşaya ilk ayaq basan igidlərimizdən olan Azər Şuşa uğrunda gedən əlbəyaxa döyüşlərdə iştirak edib və noyabr ayının 9-u  minamyot mərmisinin partlayışı nəticəsində qəhrəmancasına şəhid olur.  Noyabrın 13-u doğulduğu Şahtaxtı kəndində son mənzilə yola salınıb.


Şəhid Azər Tağıyev Vətən Müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib.


Allah rəhmət eləsin!

Mirzəyev Rasim Fəttah oğlu


 Mirzəyev Rasim Fəttah oğlu

1998-ci ildə Lənkəran rayonu Gəgiran kəndində anadan olub.


2005-ci ildə Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olub, 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir.


 2017-2018-ci ilə qədər Rasim Mirzəyev Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. 


2020 ci il sentyabr ayında  Səfərbərlik elanı verilən ilk günlərdən Rasim vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Füzulinin işğaldan azad olunmasında iştirak edib və Şuşa yolunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Ailəli idi. 



Surxay Əbdül oğlu Noçuyev



Şəhid Surxay Əbdül oğlu Noçuyev

1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003-2006-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.


Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.


"Kapitan" hərbi rütbəsinədək yüksəlib.


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib və noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.


Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ona "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra), "Vətən uğrunda" medalı (ölümündən sonra), "Qubadlının azad olunmasına görə" (ölümündən sonra), "Füzulinin azad olunmasına görə" (ölümündən sonra), "Şuşanın azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub.


Allah rəhmət eləsin


19 Aralık 2021 Pazar

Anar Cəfərov



Anar Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olmuşdur. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirmişdir. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışmışdır. Həmçinin, şəxsi təsərrüfatla məşğul olmuşdur. Ailəli idi, Rəhman və Eyvaz adlı övladları yadigar qalıb.


Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilmişdir. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirmişdir.


Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşmuşdur. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Cəfərov 3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



Məmmədzadə İlkin Əzizağa oğlu


Məmmədzadə İlkin Əzizağa oğlu


19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb. Məktəbi fərqlənmə ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarında iştirak etmişdir. 2012-ci ildə Universiteti Qırmızı Diplomla başa vurmuşdur. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində Magistr təhsili alıb. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul olmuşdur.

2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2016-cı ilin fevral ayından etibarən hərbi xidmətə başlayıb. 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Agcakənd kəndində "N" saylı hərbi hissədə Leytenant kimi xidmətə başlayıb. Xidməti ərzində dəfələrlə fəxri fərman və təşəkkürnamələr alıb. 2018-ci ilin Dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürülüb. Nümunəvi xidmətinə görə daima kollektiv içində seçilib. 2020-ci ilin iyun ayında "Baş leytenant" rütbəsini alıb. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxartmışdır.[3] 7 oktyabr 2020-ci ildə saat 10:00 radələrində Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olmuşdur. 


8 oktyabrda 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 


Orxan Əliyev Ədalət oğlu



Orxan Əliyev Ədalət oğlu

19 Dekabr1991-ci ildə Xəzər rayonunun Şağan qəsəbəsində doğulub. 

Azərbaycan Ordusunun əsgəri olan Orxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Əliyev oktyabrın 16-da Ağdərə istiqamətində şəhid olub. Xəzər rayonunun Şağan qəsəbəsində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Ailəli idi. Ədalət və Hüseyn adlı 2 oğlu yadigar qaldı.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


24.06.2021 — "Suqovuşanıin azad olunmasına görə" medalı


24.06.2021-”İgidliyə görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

18 Aralık 2021 Cumartesi

Mollayev İslam Şəmsəddin oğlu



Mollayev İslam Şəmsəddin  oğlu

İslam Mollayev 1996-cı il yanvarın 18-də Balakən rayonunun Püştətala kəndində anadan olub.


2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb.


Subay idi.


İslam Mollayev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İslam Mollayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.


İslam Mollayev oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Mollayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.