13 Şubat 2022 Pazar

Hüseyn Əlizadə oğlu Abbasov



 Şəhid Hüseyn Əlizadə oğlu Abbasov

 1993-ci il fevralın 13-də Hacıqabul rayonunda anadan olub.


Hüseyn Abbasov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.


Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hüseyn Abbasov oktyabr 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Elməddin Telman oğlu Abdullayev


 Şəhid Elməddin Telman oğlu Abdullayev

13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.


Rahid Vahid oğlu Sadıxov


Şəhid Rahid Vahid oğlu Sadıxov

13 fevral 2001-ci ildə Rusiya Federasiyasının Saratov şəhərində dünyaya göz açıb. 2007-2016-cı illərdə Saray qəsəbəsinin M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilini doqquzuncu sinifə kimi həmin məktəbdə davam etdirib. Daha sonra Bakının Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb. 2019-cu il aprel ayının 1-də Masallı rayon hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Goranboy və Tərtər rayonlarında, «N» saylı hərbi hissədə xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Rahid Vahid oğlu Sadıxov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşüb. Suqovuşan və Talış kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci il tarixində Aşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin əsgəri Rahid Vahid oğlu Sadıxov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

 

Seymur Həbibov Feyruz oğlu


Şəhid Seymur Həbibov Feyruz oğlu

Seymur Həbibov Feyruz oğlu 13 fevral 1986-cı ildə Şəmkirdə anadan olmuşdur. 

Seymur Həbibov İyul 2020-ci il Tovuz hadisələrindən sonra ordu sıralarına müddətdən artıq hərbi qulluqçu kimi yazılır. Müharibə başlayan ilk günlərdə Daşkəsən istiqamətində döyüşlərə atılır və qəhrəmancasına şəhid olur. Seymur Həbibovlar ailəsinin 3 oğlundan biridir. Kiçik qardaşı hazırda ordu sıralarında ön xətdə xidmətini davam etdirir. Seymurun atası Şəmkirin Əliyaqublu kəndindən, anası isə Seyfəli kəndindəndir. Şəhidimizin anası evdar qadındır, atası hərbidə sürücü kimi çalışıb. Atasının dediyinə görə, Seymur son danışıqlarında ailəyə; " Ya qəhrəman olacam, ya da şəhid kimi qayıdacam" söyləyib. Seymur dediyi kimi qəhrəman şəhid olaraq qayıtdı. 


O, 2 oktyabr 2020-ci il tarixində yaşadığı Şəmkir şəhər 14-cü küçədən son mənzilə yola salındı.

Çinarlı yolunda yerləşən Şəmkir şəhər qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.


Allah rəhmət eləsin!

12 Şubat 2022 Cumartesi

Heydərov Əli Vaqif oğlu



18 yaşlı şəhid Heydərov Əli Vaqif oğlu

 9 fevral 2002 – ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda dünyaya göz açıb .Ailədə bir bacı və bir qardaş idilər. 2008 – ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. Çox böyük fəxr ilə vurğulamaq istərdim ki, Əli orta məktəbdə istedadı və tərbiyəsi ilə öz yoldaşlarından fərqlənərdi. Orta təhsilini burda bitirdikdən sonra hərbi xidmətə yollanır. Ən böyük arzusu polis olmaq idi. Səmimi və mehriban xarakteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır. Əli ailəsi, qohumları və dostları tərəfindən çox sevilir, çox məsuliyyətli və mülayim, vətənpərvər bir igid olaraq yaddaşlarda, xatirələrdə qalacacaqdır.


Heydərov Əli Vaqif oğlu 7 may 2020–ci ildə hərbi xidmətə yollanır. Əli Beyləqan rayonu N saylı hərbi hissədə xidmətə başlayır və burda öz şücaəti, nizam–intizamı və vətənpərvərliyi ilə xidmət yoldaşlarından seçilir.Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Anasına “Hər şey yaxşı olacaq ,torpaqlarımızı Azad edəcəyik deyir”. 29 sentyabr 2020–ci ildə şəhidlik zirvəsinə yüksəlir. Heydərov Əli Vaqif Oğlu öz döyüş yoldaşlarının və bütün Azərbaycanın qəlbində igid qəhrəman olaraq iz qoydu.

 "Vətən uğrunda" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

İbrahimov Əli Bəxtiyar oğlu


 

Şəhid İbrahimov Əli Bəxtiyar oğlu

11.02.2002 ci ilde Quba rayonunda anadan olmuşdur. Evin ilk ovladi idi. 2008 ci ilde Quba rayonu Qirmizi Qəsəbə Isaak Xanukov adina 1N li tam orta məktəbin 1 ci sinifinə daxil olub. 2019 cu ilde təhsili başa vurub. Əlinin en böyuk arzusu  herbiçi olmaq idi. 2019 cu ilde Dövlət Daxili Qoşunlarına sənəd təqdim etmişdir. Qəbul ola bilməmişdi...

2020 ci il mayin 4 de herbi xidmete yollanib. 27sentyabr başlanan Veten muharibesinde iştirak edib. 27 sentyabr Taliş dağlarinda gedən döyüşdə   qəlpə  dəyməsi neticesində yaralanmişdir. Şəmkir rayon Mərkəzi Xestexanasinda mualicə götürmüşdür. 1 muddet sonra yarali olduquna baxmayaraq könüllü yeniden döyüşlərə qatilmişdir. 14 oktyabr Suqovuşan ərazisində geden qizğin doyuşlerde qehremancasina şəhid olmuwdur. Son defe ailesi ile 12 oktyabr elaqe qurmuwdu. Əli Ibrahimovdan 9 gun  xeber olmadiqindan ailesi terefden axtarilmışdır Ailesinin axtarişi neticesinde Əli Ibrahimov Yevlax rayonunun morqunda tapilmişdir. Oktyabrin 23 də getirilerek Şəhidlər Xiyabaninda defn edilmişdir. Əli Ibrahimov  mekteb oxuduqu illerde nizam intizam qaydalarina riayet edib sinif yoldaşlari ile unsiyyetde mehrihan olub. Mekteb kollektivide Əlinin xetrini cox isdeyirdiler. Əli semimi mehriban qayğikeş bir o qederde zarafatcil idi. Hec vaxt hec kesin xetrine deymezdi hamiya qayği ile yanaşırdı. Xudmət etdiyi zamaninda əsgər yoldaşlarininda hörmətini qazanmiş kamandirlerininde  sevimli əsgəri olmuşdu verilən əmrlərə tabe olmuşdur

 Ibrahimov ƏLI  2011 ci il Quba Uşaq Incəsənət Məktəbinə (UİM)daxil olmuş ve 2016 ci ilde uşaq incesenet mektebinin Qarmon ixtisasi uzre bitirmişdir. Çox gözəl qarmon çalma isdedadi var idi ve hətta gozel melahetli sesi ve rəssamliq qabiliyyəti var idi.  Boş zamanlarinda qarmon çalar, gozel səısi  ilə mahni oxuyar ve gözəl rəsm çəkərdi.

Allah rəhmət eləsin!

Xaməmmədov Şirxan Xaməmməd oğlu


 

Şəhid MAHHXHQ əsgər Xaməmmədov Şirxan Xaməmməd oğlu 


9 fevral 1998-ci ildə Şamaxı rayon Məlikçobanlı kəndində anadan olan əsgər Xaməmmədov Şirxan Xaməmməd oğlu Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, şəhidlik zirvəsinə ucalmışdır!

03.11.2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşdə, Şuşanın Qırmızı bazar adlanan ərazisində qəhrəmancasına şəhid olmuşdur. Türkiyə və Naxçıvanda hərbi təhsil alıb. Müxtəlif dərəcəli sertifikatı və diplomu var. Xüsusi Təyinatlı kəşfiyyatçı, kəskin nişançı olub. Eyni zamanda aprel döyüşlərində iştirak edib. Lələtəpənin alınmasında böyük əməyi olub. Evin tək oğludur.

Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!