12 Şubat 2022 Cumartesi

Heydərov Əli Vaqif oğlu



18 yaşlı şəhid Heydərov Əli Vaqif oğlu

 9 fevral 2002 – ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda dünyaya göz açıb .Ailədə bir bacı və bir qardaş idilər. 2008 – ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb. Çox böyük fəxr ilə vurğulamaq istərdim ki, Əli orta məktəbdə istedadı və tərbiyəsi ilə öz yoldaşlarından fərqlənərdi. Orta təhsilini burda bitirdikdən sonra hərbi xidmətə yollanır. Ən böyük arzusu polis olmaq idi. Səmimi və mehriban xarakteri ilə hər zaman hər kəsin rəğbətini qazanmışdır. Əli ailəsi, qohumları və dostları tərəfindən çox sevilir, çox məsuliyyətli və mülayim, vətənpərvər bir igid olaraq yaddaşlarda, xatirələrdə qalacacaqdır.


Heydərov Əli Vaqif oğlu 7 may 2020–ci ildə hərbi xidmətə yollanır. Əli Beyləqan rayonu N saylı hərbi hissədə xidmətə başlayır və burda öz şücaəti, nizam–intizamı və vətənpərvərliyi ilə xidmət yoldaşlarından seçilir.Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Əli Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Anasına “Hər şey yaxşı olacaq ,torpaqlarımızı Azad edəcəyik deyir”. 29 sentyabr 2020–ci ildə şəhidlik zirvəsinə yüksəlir. Heydərov Əli Vaqif Oğlu öz döyüş yoldaşlarının və bütün Azərbaycanın qəlbində igid qəhrəman olaraq iz qoydu.

 "Vətən uğrunda" medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Vaqif oğlu Heydərov "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder