28 Şubat 2022 Pazartesi

İsrayıl Hacıyev


  İsrayıl Hacıyev

O,28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub.  Müharibənin ikinci günü – sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


22 Şubat 2022 Salı

Ramil Ruslan oğlu Balabəyov


 Şəhid Ramil Ruslan oğlu Balabəyov

2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

21 Şubat 2022 Pazartesi

Məmmədhəsən Meydan oğlu Sadıqlı


 Şəhid XTQ mənsubu baş leytenant Məmmədhəsən Meydan oğlu Sadıqlı

Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.

1998-ci il şəhid Etibar Əhmədov adına Dəmirçi kənd orta məktəbində təhsil almağa başlayıb, məktəbdə təhsil aldığı müddət ərzində Yunan-Roma güləş növü ilə məşğul olub və bir çox yarışlarda qalib gəlib.

2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır, xidməti ərzində Günnüt döyüşlərində öndə gedənlərdən biri olub. Günnütdə böyük şücaətlər görsətdiyi üçün Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3 cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.

Sonrakı təyinatı isə Vayxır olub, Burdakı xidməti ərzində 2018-ci ildə Türkiyədə "Komando Temel Kursu"-nu Azərbaycan üzrə başarı və 1-ciliklə bitirmiş, daha sonra 2019-cu ildə Əlahiddə Ümumqoşun ordu üzrə "Ən yaxşı kəşfiyyat (XT) bölüyü" yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərman ilə təltif olunub.

Hərbidə dəfələrlə "Yunan-Roma güləş" yarışlarında iştirak edərək böyük nailiyyətlər əldə edib.

2020-ci il sentyabrın 27-də başlamış "Vətən Müharibəsi"-ndə şəhid olmuş dostlarının və silahdaşlarının intiqamını almaq, həmdə döyüşdəki silahdaşlarını tək qoymamaq vətən borcunu yerinə yetirmək üçün Naxçıvan XTQ heyəti ilə birlikdə 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətinə yola düşür. Yanındakı döyüş yoldaşları ilə birlikdə bir neçə post aldıqdan sonra Şuşa istiqamətində hərəkət edən zaman xırıncı Zərdanaşen kəndində gedən qızğın döyüşdə yaralanan əsgəri xilas edərkən yaralanır 27 oktyabr 2020-ci ildə şəhid olur.

2014-cü ildə ailə həyatı qurub və Uğur adında bir övladı var .

Döyüşdən qayıdan komandiri və silahdaşları həmin anı bu cür xatırlayırlar:

"

Oktyabrın 27-si qızğın döyüş gedirdi, əsgərlərdən biri düşmənin snaper atəşi ilə yaralandı, həmin an mümkünsüz idi əsgəri xilas etmək, lakin Sadıqlı onu yaralı halda qoymaq istəmədi. Bir neçə dəfə Sadıqlı səngərdən çıxmaq istəyərkən biz "getmə, qoy biraz ara sakitləşsin gedib çıxararıq" dedik, amma Sadıqlını saxlaya bilmədik. Əsgəri xilas edərkən özü də düşmənin snaper atəşi nəticəsində yaralanır. Yaralı olmasına baxmayaraq neytiral zonadan özünü də yaralı əsgəri də çıxardır. Bizim yanımıza çatarkən "şərəfsizlər mənidə vurdu" dedi. Yaralı halda döyüşərək özü-öz intiqamını alır.

Son nəfəsinə kimi həmişəki adətində deyib-güldü. Birdə övladı Uğur haqda danışırdı.  "Mən çox xoşbəxtəm ki, döyüşə gələrkən oğlumla özümə qüsul verdim". Biz Məmmədhəsənin əllərini ovurduq ki, huşunu itirməsin. Bu müddət ərzində təcili yardımı gözləyirdik. Lakin təcili yardım gələrkən minaya düşür və içindəkilər şəhid olur. Bütün səylərimizə baxmayaraq Sadıqlı Məmmədhəsən "MƏNİ TANIYANLARIN HAMISINA SALAMIMI ÇATDIRARSINIZ, HAMISINI ÇOX SEVİRƏM" deyərək şəhadətinə qovuşdu."

Azərbaycan Ordusunun baş leytenantı olan Məmmədhəsən Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədhəsən Sadıqlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alan, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə 30.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Xocavəndin işğaldan azad edilməsi uğurunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021 tarixli Sərəncamına əsasən "Xocavəndim azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədhəsən Sadıqlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin.

20 Şubat 2022 Pazar

MƏCDUNOV XALİD ZAUR oğlu


  MƏCDUNOV XALİD ZAUR oğlu

O, 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub.[1] 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunda dəfn edilib.

19 Şubat 2022 Cumartesi

Paşayev Əvəz Telman oğlu


 Şəhid Paşayev Əvəz Telman oğlu

 Əvəz Paşayev 1995 ci il 17 fevral Yevlax rayonun Marzılı kəndində anandan olub.2001 ci il yaşadığı kənd orta məktəbin 1 ci sinfinə getmişdir.Orta məktəbi bitirdikdən sonra əsgərlik xidmətini yerinə yetirmək üçün hərbi hissəyə getmişdir.Əsgərlik xidmətini başa vurduqdan sonra 2018 ci ildə ailə həyatı qurmuşdur.Övladına öz anasının adını qoyan Əvəz Paşayev son dəfə onunla vidalaşanda yeddi ayın içində idi.

 Şəhidimiz müharibə başlayandan ön cəbhədə vuruşmuşdur.

Müharibə yoldaşı deyir:" Əvəzlə 1 konfeti iki yerə bölüb çay icirdik.Mənə dedi ki, balamı görməyəcəm şəhid olacam".

Şəhidimizin dediyi kimi də oldu.Nur üzlü balasını son dəfə cəbhəyə gedərkən gördü.

Şəhidimizin anası Gülnaz Mirhakim qızı deyir ki, axırıncı dəfə 28 sentyabr saat 7-8 radələrində danışdım.Bir gün qabaq döyüşdə iştirak etmişdir.Yaxşı olduğunu bildirdi.Heç bilməzdim sabah övladım şəhid olacaq.

 Bir gün Əvəz yuxudan ayıldı mənə dedi ki, ana, mən çox yaşamayacam, tez rəhmətə gedəcəm.Nişan üzüyümü qaytarmaq istəyirəm.İstəmirəm ki, yoldaşım, övladım başsız qalsın.Dedim ki, oğlum belə söz danışma, atalarımız deyiblər ki, pis yuxunu suya danışarlar.Get!Suya danış.Fikrindən çıxart.Əvəzə bu yuxu çox təsir eləmişdir.Nişanlısına da deyib ki, mən belə yuxu görmüşəm.İstəyirəm nişanımızı pozaq.Amma, nişanlısı ona cavab verib ki, bir günün gəlini olsam da, mən sənin həyat yoldaşım olacam.

 Əvəz Paşayev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı döyüşçü yoldaşını xilas etməyə  gedərkən, düşmən ürəyindən vuraraq şəhadət zirvəsinə yüksəlir.

12 oktyabr 2020 ci il Yevlax rayonu Marzılı kənd qəbiristanlığında dəfn olunur.Ruhun şad olsun.

17 Şubat 2022 Perşembe

ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


  Şəhid XTQ  BAŞ LEYTENANT ƏSGƏROV MUSA ƏLİFAĞA oğlu


O, 1997-ci il fevral ayının 17-də Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya göz açıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə buranı fərqlənmə ilə bitirmişdir. Murov Dağ yüksəkliklərində gedən döyüşlərdə Musa bir gün içərisində 2 dəfə ayağından yaralanır amma ayağına ağrıkəsici vuraraq, yarasını sarıyıb yenidən döyüşə girmişdir. Murovda ağır döyüşlər keçirən Musa, döyüşün ilk günü, sentyabrın 27-də şəhid olmuşdur.

Ölümündən sonra "Vətən uğrunda" "İgidliyə görə","Kəlbəcərin azad olunmasına"görə medalı ilə təltif olunub.

13 Şubat 2022 Pazar

Xaqani Anar oğlu Babazadə



Şəhid Xaqani Anar oğlu Babazadə

2001-ci il fevralın 13-də Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Xaqani Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Babazadə oktyabrın 10-da Hadrut döyüşləri zamanı şəhid olub. Astara rayonunun Kijəbə qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!