19 Şubat 2022 Cumartesi

Paşayev Əvəz Telman oğlu


 Şəhid Paşayev Əvəz Telman oğlu

 Əvəz Paşayev 1995 ci il 17 fevral Yevlax rayonun Marzılı kəndində anandan olub.2001 ci il yaşadığı kənd orta məktəbin 1 ci sinfinə getmişdir.Orta məktəbi bitirdikdən sonra əsgərlik xidmətini yerinə yetirmək üçün hərbi hissəyə getmişdir.Əsgərlik xidmətini başa vurduqdan sonra 2018 ci ildə ailə həyatı qurmuşdur.Övladına öz anasının adını qoyan Əvəz Paşayev son dəfə onunla vidalaşanda yeddi ayın içində idi.

 Şəhidimiz müharibə başlayandan ön cəbhədə vuruşmuşdur.

Müharibə yoldaşı deyir:" Əvəzlə 1 konfeti iki yerə bölüb çay icirdik.Mənə dedi ki, balamı görməyəcəm şəhid olacam".

Şəhidimizin dediyi kimi də oldu.Nur üzlü balasını son dəfə cəbhəyə gedərkən gördü.

Şəhidimizin anası Gülnaz Mirhakim qızı deyir ki, axırıncı dəfə 28 sentyabr saat 7-8 radələrində danışdım.Bir gün qabaq döyüşdə iştirak etmişdir.Yaxşı olduğunu bildirdi.Heç bilməzdim sabah övladım şəhid olacaq.

 Bir gün Əvəz yuxudan ayıldı mənə dedi ki, ana, mən çox yaşamayacam, tez rəhmətə gedəcəm.Nişan üzüyümü qaytarmaq istəyirəm.İstəmirəm ki, yoldaşım, övladım başsız qalsın.Dedim ki, oğlum belə söz danışma, atalarımız deyiblər ki, pis yuxunu suya danışarlar.Get!Suya danış.Fikrindən çıxart.Əvəzə bu yuxu çox təsir eləmişdir.Nişanlısına da deyib ki, mən belə yuxu görmüşəm.İstəyirəm nişanımızı pozaq.Amma, nişanlısı ona cavab verib ki, bir günün gəlini olsam da, mən sənin həyat yoldaşım olacam.

 Əvəz Paşayev Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı döyüşçü yoldaşını xilas etməyə  gedərkən, düşmən ürəyindən vuraraq şəhadət zirvəsinə yüksəlir.

12 oktyabr 2020 ci il Yevlax rayonu Marzılı kənd qəbiristanlığında dəfn olunur.Ruhun şad olsun.

Hiç yorum yok:

Yorum Gönder