16 Ağustos 2022 Salı

Daşbaşı şəhidləri


15 avqust 1993-cü il, gecə saat 04:00 radələrində Daşbaşı postuna qəfil hücum edən erməni qüvvələri 23 əsgərimizi vəhşicəsinə qətlə yetirmişdi. 

Həmin gecə postu müvəqqəti ələ keçirən düşmənlər 23 nəfər Cəbrayıllı gənci öldürməklə kifayətlənməmiş, onların meyitlərini təhqir etmiş, tanınmaz hala salmışdılar.

Cəbrayıl və Xocavənd rayonları arasında yerləşən Daşbaşı postu və eyni adlı kənd 27 il sonra - 2020-ci ilin 20 oktyabrında erməni işğalından azad olunub. Vətən müharibəsi zamanı həmin istiqamətdə gedən döyüşlər zamanı ermənilər ciddi itki veriblər…

Allah şəhidlərimizə rəhmət eləsi

9 Ağustos 2022 Salı

Xuduyev Samir


05.08.2022-ci il Laçın rayonunda şəhid olan əsgərimiz Xuduyev Samir Səməd oğlu Füzuli rayon Əhmədalılar kəndindəndir.🇦🇿


Hərbi qulluqçumuzun - əsgərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

Vətən sağolsun!

3 Ağustos 2022 Çarşamba

03.08.2022-Kazımov Anar Rüstəm oğlu şəhid olub


 Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutub. 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin!

Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.


https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-41221.html

12 Temmuz 2022 Salı

17 Mayıs 2022 Salı

Əhliman Rəhman oglu Mehdiyev


 Şəhid Əhliman Rəhman oglu Mehdiyev

17 may 2002-ci ildə İmişli rayonunun Məzrəli kəndində  anadan olmuşdur. 2008-2019-cu illərdə İmişli rayon Məzrəli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

Əhliman Mehdiyev 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Əhliman Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Koroğlu yüksəkliyi və Ömər aşırımı istiqamətində gedən döyüşlərdə 2 dəfə yaralansa da, döyüş gedən ərazini tərk etməmiş və döyüşlərdə vuruşaraq fərqlənmişdir. Əhliman Mehdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Məzrəli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əhliman Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.


11 Mayıs 2022 Çarşamba

Fərid İmran oğlu Zaməddinov


 

Şəhid Gizir Fərid İmran oğlu Zaməddinov

1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub.1992-2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.


 Ailəli idi. Nəzrin və Nərmin adına 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.


Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.


Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.


"Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin


Elmir Süleymanlı


 

Şəhid Elmir Süleymanlı


19 yaşlı şəhid Elmir Aqil oğlu Süleymanlı 

11 may  Ağsu rayonunun Gəgəli kəndində doğulub.

19 yaşlı gənc şəhidimiz Elmir 1 il dörd ay idi ki, hərbi xidmətdə olan Elmir Süleymanlı döyüşlərə qatılaraq şücaət göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də,Elmir onu görmür.


 Sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub.

Vətən Müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub


Allah rəhmət eləsin