29 Kasım 2016 Salı

Keçiliyev Teymur Məcid oğlu


Keçiliyev Teymur Məcid oğlu 1971 - ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. Balakən rayonu Qazma kənd 1 saylı məktəbdə oxuyub .Orta məktəbi bitirdikdən sora SSRI-nin silahli qüvvələrində iki il xidmət edib vətənə qayıdıb.1993-cü ildə Qarabağ doyüşlərinə könüllü olaraq qatılıb. O ,döyüşlərdə birinci ayağından yaralanıb .Gəncə qospitalinda müalicə alıb , sağaldıqdan sora döyüşlərə yenidən qayidib.1994 - cü ilin yanvarında Qızılqaya yüksəkliyində snayper gülləsinə tuş gələrək şəhid olub
  Allah rəhmət eləsin !
İnformasiya  şəhidin qardaşı oğlu Teymur Məcidli tərəfindən verilib.

Yuri Kovalyov 29 noyabr 1965-ci il



Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub.
1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ”ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib


27 Kasım 2016 Pazar

26 noyabr 2015-ci ildə Nardaranda hadisələrində şəhid olmuş polislər


İsmayıl Rəsul oğlu Tağıyev — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında).

Həyatı

İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. “Zirvə” İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. Gənc yaşlarından ALLAHIN Hökmlərini Namazı , Orucu yerinə yetirər , Məhəmməd  s. peyğəmbəri və Onun pak Əhli-Beytini ə. ürəkdən sevərdi yaxınlarınıda bu işə sövq edərdi . Xeyirxahlıqı ilə Cəmiyyətdə hörmət qazanmışdır .Ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi: " Allah yolunda öldürülənlərə "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz." ( Bəqərə 154). İsmayil Tagıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır , 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmət edir .
Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı ( Məryəm ) , iki oğlu ( İsa və Əliheydər ) var. Kiçik oğlu Əliheydər onun şəhadətindən 2 həftə əvvəl dünyaya göz açmışdı

İdman Nailiyyətlər

- Ağır Atletika üzrə Veteranlar arasında Avropa çempionu ,
- Ağırlıq Atletika üzrə 3 dəfə Azərbaycan çempionu və 10 dəfə mükafatçısı ,
- Ağırlıq Atletika üzrə 4 dəfə Bakı çempionu və 4 dəfə mükafatçısı ,
- Pauerliftinq üzrə Bakı çempionatının 2 dəfə mükafatçısı ,
- Armrestlinq üzrə Azərbaycan çempionu və mükafatçısı olmuşdur.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində İsmayıl Tağıyev Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağından yaralanıb, Onu hadisə baş verən yerdən vaxtında çıxarmaq mümkün olmadığından o, qanaxmadan dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı Vüqar Nəsibov dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.
27 noyabr tarixində İsmayıl Tağıyev şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevı şəhid elan edib.
İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb. Allah rəhmət etsin !



Vüqar Əyyub oğlu Nəsibov Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, kikboksinq üzrə Azərbaycan çempionu.
Vüqar Əyyub oğlu Nəsibov 1975-ci ildə anadan olmuşdu. Atasının adı Əyyub, anasının adı isə Dilarədir. Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu idi. İki övladı vardı.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində Vüqar Nəsibov Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağının şah damarından yaralanaraq qan itkisindən dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı İsmayıl Tağıyev dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.

27 noyabr tarixində Vüqar Nəsibov ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevi şəhid elan edib
Vüqar Nəsibov II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb.

Şahlar Hüseynov-Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


Şahlar Hüseynov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Gəncə şəhərində adına küçə var.

25 Kasım 2016 Cuma

25.11.1994 - Orxan Alıyev -

Orxan Şirazi oğlu Alıyev - 1994-ci il noyabr ayının 25-də Bakı şəhərində  dünyaya gəlmişdir.11.12.2013- cu ilde vefat edib.

24 Kasım 2016 Perşembe

Təbriz Musazadə




Təbriz Tariyel oğlu Musazadə (d. 1981 – ö. 2016) — MayorMilli Ordunun zabiti, Dördgünlük müharibədə vurulan Mİ-24 helikopterinin pilotu.
Təbriz Musazadə 1981-ci ildə Yaqublu kəndində anadan olub. 4-cü sinfi bitirənə qədər Dmanisi rayonundakı rusdilli məktəbdə təhsil alıb. Orta məktəbi Bakı şəhərində, Xətai rayonu 165 saylı orta məktəbi bitirib. 1996-1999-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.
Təyinatla Kürdəmirdə xidmət edib. "Nasosnu"da daha sonra Qalada xidmət edib.
Təbriz Musazadə 11 aprel 2016-cı ildə Bakı şhərindəki II Fəxri Xiyabanda dəfn olunmuşdur.
"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir — 2016
Pərişan Mirzə qızı ilə ailəli idi. İki oğlan övladı var. 2006-cı ildə Tayfun, 2008-ci ildə isə Onur dünyaya gəlib

23 Kasım 2016 Çarşamba

Dərvişov Elvin Eldar oglu.



Dərvişov Elvin Eldar oglu. 1996- cı ilde Balakən rayonunun Katex kəndində anadan olub. 2014 cü ilin oktyabr ayında  əsgər gedib.  Agdərədə əsgər idi. Allah rəhmət etsin. Məkanı cənnət olsun.

Rafiq Cahangir oğlu Səmədov

Göylərə ucalan şəhid ruhu Rafiq Cahangir oğlu Səmədov İctimai TV



Heykəltaraş rəssam - Samir İzayəddin oğlu Qaçayev


2-5 aprel  döyüşlərində Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan 1994-cü il təvəllüdlü əsgər Samir İzayəddin oğlu Qaçayev 







22 Kasım 2016 Salı

2016-cı il 2-5 aprel döyüşləri zamanı şəhid olmuş Milli Qəhrəmanlar

Murad Mirzəyev (d. 31 mart 1976SabirabadAzərbaycan - ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycanın Milli QəhrəmanıAzərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub.
Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atam Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

Ailəsi

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Samid Gülağa oğlu İmanov (d. 14 oktyabr 1981HəsənabadNeftçala rayonuAzərbaycan SSRSSRİ – ö. 2 aprel2016TalışTərtər rayonuAzərbaycan) — Azərbaycanın Milli QəhrəmanıDördgünlük müharibə şəhidi.
Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub.. 1998-ci ildə Neftçala rayonunun 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir.2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir.

Hərbi xidməti

Türkiyədə “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “dağa dırmanma üzrə təlimatcı" kursunda iştirak etmişdir.
Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samid İmanovun dəstəsi əməliyyat kecirtmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.

Dördgünlük müharibədə iştirakı və ölümü

Əsas məqalə: Dördgünlük müharibə
Dördgünlük müharibəsində, atışmada yaralanan komandir, əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir.Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi ücün qəti göstəriş vermişdi. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.
Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şükür Nəriman oğlu Həmidov (d. , Əlyanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ) — polkovnik, Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibənin iştirakçısı.
Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
10 may 2016-cı il tarixində müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub və Şükür Həmidovla görüşüb. Aprel ayının əvvəlində Lələ təpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə polkovnik-leytenant Şükür Həmidova müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub.
  • 2016 — Flag of Azerbaijan.svg Azərbaycanın Milli Qəhrəmanı
  • 2016 — Flag of Azerbaijan.svg "Qızıl Ulduz" medalı

21 Kasım 2016 Pazartesi

21 noyabr--Mehman Sayadov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.


Mehman Sayadov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır.
5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda  Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığıQarabağ müharibəsi dövründə dildən-dilə, eldən elə gəzdi.
Subay idi. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sayadov Mehman Rəşid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Bütün cəhdlərə baxmayaraq qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.


Qarakənd faciəsi – 25 il - 20.11.1990

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 25 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. 

Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror (şəkildəki - red.)
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

20 Kasım 2016 Pazar

20 Noyabr- Gültəkin Əsgərova — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1985). Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.
Döyüşlərdə iştirakı
Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanmış, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərmişdir. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olmuşdur.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Xatirəsi
·         Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, büstü qoyulmuşdur.
·         Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
·         Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.
·         Yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
·         Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır, kafedrada xatirə lövhəsi vurulmuşdur.
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan "Gültəkin" filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan "Gültəkin zirvəsi" kitabı təqdim olunmuşdur


19 Kasım 2016 Cumartesi

Şəhidlər

Siz ey Vətən yolunda şirin canından keçib,
 İgidliyi, mərdliyi özünə amal seçib,
 Ömrün bahar çağında həyatdan erkən köçüb,
 Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
 Yaşayan hər ömürdə qanınız, canınız var!

Səs verdiniz Vətənin harayına, səsinə,
 Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
 Məzarınız dönübdür ziyarət türbəsinə.
 İnanın, and içirik, qanınız alınacaq,
 Xatirəniz, ruhunuz həmişə anılacaq!

Bir ata övladından el oğluna döndünüz,
 Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
 Gələcək nəsillərə yetəcəkdir ününüz.
 Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
 Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

Siz yazdınız millətin tarixini qan ilə,
 Sinənizdə yurd saldı yurda atılan güllə.
 Məzarınız tutulur min çiçəyə, min gülə,
 Tərsiniz çiçək kimi, həmişə baharsınız!
 Azərbaycan köksündə əbədi yaşarsınız!