27 Kasım 2016 Pazar

26 noyabr 2015-ci ildə Nardaranda hadisələrində şəhid olmuş polislər


İsmayıl Rəsul oğlu Tağıyev — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında).

Həyatı

İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. “Zirvə” İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. Gənc yaşlarından ALLAHIN Hökmlərini Namazı , Orucu yerinə yetirər , Məhəmməd  s. peyğəmbəri və Onun pak Əhli-Beytini ə. ürəkdən sevərdi yaxınlarınıda bu işə sövq edərdi . Xeyirxahlıqı ilə Cəmiyyətdə hörmət qazanmışdır .Ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi: " Allah yolunda öldürülənlərə "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz." ( Bəqərə 154). İsmayil Tagıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır , 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmət edir .
Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı ( Məryəm ) , iki oğlu ( İsa və Əliheydər ) var. Kiçik oğlu Əliheydər onun şəhadətindən 2 həftə əvvəl dünyaya göz açmışdı

İdman Nailiyyətlər

- Ağır Atletika üzrə Veteranlar arasında Avropa çempionu ,
- Ağırlıq Atletika üzrə 3 dəfə Azərbaycan çempionu və 10 dəfə mükafatçısı ,
- Ağırlıq Atletika üzrə 4 dəfə Bakı çempionu və 4 dəfə mükafatçısı ,
- Pauerliftinq üzrə Bakı çempionatının 2 dəfə mükafatçısı ,
- Armrestlinq üzrə Azərbaycan çempionu və mükafatçısı olmuşdur.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində İsmayıl Tağıyev Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağından yaralanıb, Onu hadisə baş verən yerdən vaxtında çıxarmaq mümkün olmadığından o, qanaxmadan dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı Vüqar Nəsibov dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.
27 noyabr tarixində İsmayıl Tağıyev şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevı şəhid elan edib.
İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb. Allah rəhmət etsin !



Vüqar Əyyub oğlu Nəsibov Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, kikboksinq üzrə Azərbaycan çempionu.
Vüqar Əyyub oğlu Nəsibov 1975-ci ildə anadan olmuşdu. Atasının adı Əyyub, anasının adı isə Dilarədir. Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu idi. İki övladı vardı.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində Vüqar Nəsibov Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağının şah damarından yaralanaraq qan itkisindən dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı İsmayıl Tağıyev dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.

27 noyabr tarixində Vüqar Nəsibov ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevi şəhid elan edib
Vüqar Nəsibov II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb.

Hiç yorum yok:

Yorum Gönder