22 Haziran 2021 Salı

Şəhid Kiçik Leytenant NƏCƏFLİ SADİQ NÜSRƏT oğlu

 



Bu gün (22 iyun) Şəhid Kiçik Leytenant NƏCƏFLİ SADİQ NÜSRƏT oğlunun cənnətdəki ilk doğum günüdür. olub. Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Nəcəfli noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub. 

Allah rəhmət eləsin!!! 

Hiç yorum yok:

Yorum Gönder