2 Nisan 2022 Cumartesi

VƏLİZADƏ İBRAHİM MALİK oğlu


 Şəhid LEYTENNT VƏLİZADƏ  İBRAHİM MALİK oğlu

O,1997-ci ilin 2 aprel tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına bağlı Babək rayonunun Yarımca kəndində anadan olub...

2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2018-ci ilə qədər burada təhsilini davam etdirib. 2018-ci ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olub və təyinatı üzrə "N" saylı hərbi hissəyə xidmətə yola düşüb.

2020-ci ilin 27 sentyabr tarixində Ermənistan-Azərbaycan arasında başlanmış İkinci Qarabağ müharibəsində Leytenant Vəlizadə də yaxından iştirak etmişdir. O, səhhətindəki nasazlıqlar səbəbindən oktyabrın 1-i hospitala gəlir, ona həkimlər tərəfindən ən azı 3 gün hospitalda qalaraq müalicə olunmalı olduğu deyilsə də, İbrahim bununla razılaşmır və tez bir zamanda yenidən döyüş meydanına qayıtmalı olduğunu, yoldaşlarını orada tək qoymayacağını bildirir.

İbrahim hospitalda olarkən ailəsi ilə əlaqə saxlayır və hər şeyin yaxşı olduğunu deyir. Həkimin ona yazdığı dərmanları götürərək yenidən döyüş meydanına qayıdan İbrahimin döyüş yolu Murovdağdan Suqovuşana qədər uzanır. 6 oktyabrda, Suqovuşan ətrafında gedən döyüşlərdə öz qrupu ilə döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən mühasirəyə düşür.6 nəfərlik heyəti ilə özlərindən qat-qat artıq sayda olan düşmənə qarşı mərdliklə vuruşan Vəlizadə Şəhid olan əsgərini döyüş meydanından kənara çıxararkən uzaqdan atılan snayper gülləsinə tuş gəlir və özü də qəhrəmancasına Şəhid olur.Uzun sürən axtarışlardan sonra Leytenant Vəlizadə 30 noyabr tarixində tapılır və doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasının Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn edilir.

Şəhid Leytenant Vəlizadə İbrahim evli idi, bir oğul övladı yadigar qalıb....

Şəhidləri tanıtmaq onları anmaq hər kəsin borcudur...

️ 

Hiç yorum yok:

Yorum Gönder