1 Aralık 2016 Perşembe

Polkovnik Vəlişov Qadir Saday oğlu

Canlı Efsanə Qəhraman!!!
Polkovnik Vəlişov Qadir Saday oğlu
Polkovnik Vəlişov Əfqanıstan,1-ci Qarabağ müharibəsinin və aprel döyüşlərinin iştirakçısıdır
Hər üç müharibədə ağır yaralanmasına baxmayaraq bu gündə vətənimizə canla-başla xidmət edir
Polkovnikin ilk döyüş yolu sovet ordusunun tərkibində Əfqanıstan müharibəsindən başlamışdır
90-ci illərin əvvəlində Azərbaycan dövlətinin cətin günlərində ilk vətənimizə gələn zabitlərdən olan Vəlişov,vətənin dar günündə Cəbrayılda xidmətə başlamış könüllülərdən yığılmış Cəbrayıl alayının komandiri olaraq alayın təşkilində müstəsna xidmətləri olmuş,Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanmış 1ilə yaxın müalicə almış yenidən xidmətə qayıtmışdır
Aprel döyüşlərində N saylı hərbi hissənin komandiri olaraq döyüşlərə qatılmış ,komandirlik etdiyi dəstə ilə Spike LR ilə düşmənin 12tankın,xeylim texnikasın sıradan cıxarmış,aprelin 5də səhər saatlarında Talış kəndində düşmənin snayper atəşi və minamyot partlayışı nəticəsində ağır yaralanmışdır.
Dəfələrlə aldığı yaralara baxmayaraq yenidən ayağa qalxan Polkovnik Vəlişov bu gündə vətənimizin keşiyindədir

Mənbə: https://www.facebook.com/Herbi.Xeberler/

02/12/1969 - Yusif Əliyev


Yusif Əliyev  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəç kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşli kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir.
Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

Ailəli idi.

03/12/1953- Şikarov Şikar Şükür

Şikarov Şikar Şükür oğlu  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinun Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərəyə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkonik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Ailəli idi. İki övladı yadigar qalıb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir).


02/12/1953 - Ənvər Talış oğlu Arazov


Ənvər Talış oğlu Arazov  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu.1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Döyüşlərdə iştirakı
Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.
Ailəsi
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.


29 Kasım 2016 Salı

Keçiliyev Teymur Məcid oğlu


Keçiliyev Teymur Məcid oğlu 1971 - ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. Balakən rayonu Qazma kənd 1 saylı məktəbdə oxuyub .Orta məktəbi bitirdikdən sora SSRI-nin silahli qüvvələrində iki il xidmət edib vətənə qayıdıb.1993-cü ildə Qarabağ doyüşlərinə könüllü olaraq qatılıb. O ,döyüşlərdə birinci ayağından yaralanıb .Gəncə qospitalinda müalicə alıb , sağaldıqdan sora döyüşlərə yenidən qayidib.1994 - cü ilin yanvarında Qızılqaya yüksəkliyində snayper gülləsinə tuş gələrək şəhid olub
  Allah rəhmət eləsin !
İnformasiya  şəhidin qardaşı oğlu Teymur Məcidli tərəfindən verilib.

Yuri Kovalyov 29 noyabr 1965-ci il



Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbə daxil olmuşdur. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub.
1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD “OMON” sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər Omonçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları “UAZ”ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib


27 Kasım 2016 Pazar

26 noyabr 2015-ci ildə Nardaranda hadisələrində şəhid olmuş polislər


İsmayıl Rəsul oğlu Tağıyev — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, Ağır Atletika üzrə İdman ustası, Azərbaycan və Avropa çempionu (2012, veteranlar arasında).

Həyatı

İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci il 29 mart tarixində anadan olmuşdur.Ailədə 4 uşaq 1 bacı 3 qardaş " İlham , Əlizamin , İsmayıl " idilər. Orta təhsilini anadan olduğu Lənkəran şəhərində 4 nömrəli məktəbdə Rus bölməsində almışdır. İsmayıl 1993-1997 illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını və 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnmişdir. İctimai asayişin təmin olunmasında , hüquq qaydalarının möhkəmləndirilməsində , cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə FƏXRİ FƏRMANLARLA və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2006-ci il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə " İGİDLİYƏ GÖRƏ " medalı ilə , 27 iyun 2014-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" medalı ilə və Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 27 noyabr tarixli 1586 nömrəli Sərəncamı ilə "AZƏRBAYCAN BAYRAĞI " Ordeni ilə təltif edilmişdir. “Zirvə” İdman Klubunun ağır atleti idi , idman ustası , dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı , veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi. Gənc yaşlarından ALLAHIN Hökmlərini Namazı , Orucu yerinə yetirər , Məhəmməd  s. peyğəmbəri və Onun pak Əhli-Beytini ə. ürəkdən sevərdi yaxınlarınıda bu işə sövq edərdi . Xeyirxahlıqı ilə Cəmiyyətdə hörmət qazanmışdır .Ən böyük arzusu şəhidlik zirvəsinə ucalmaq idi: " Allah yolunda öldürülənlərə "ölü" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz." ( Bəqərə 154). İsmayil Tagıyevin atası Tağıyev Rəsul Ələkbər oğlu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında 30 il Polis Zabiti kimi xidmət etmiş və 2005-ci ildə vəfat etmişdir. Qardaşı Tağıyev İlham Rəsul oğlu Polis Kapitanıdır , 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında Xidmət edir .
Abşeron rayonunun Xırdalan şəhərində yaşayırdı. Bir qızı ( Məryəm ) , iki oğlu ( İsa və Əliheydər ) var. Kiçik oğlu Əliheydər onun şəhadətindən 2 həftə əvvəl dünyaya göz açmışdı

İdman Nailiyyətlər

- Ağır Atletika üzrə Veteranlar arasında Avropa çempionu ,
- Ağırlıq Atletika üzrə 3 dəfə Azərbaycan çempionu və 10 dəfə mükafatçısı ,
- Ağırlıq Atletika üzrə 4 dəfə Bakı çempionu və 4 dəfə mükafatçısı ,
- Pauerliftinq üzrə Bakı çempionatının 2 dəfə mükafatçısı ,
- Armrestlinq üzrə Azərbaycan çempionu və mükafatçısı olmuşdur.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində İsmayıl Tağıyev Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağından yaralanıb, Onu hadisə baş verən yerdən vaxtında çıxarmaq mümkün olmadığından o, qanaxmadan dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı Vüqar Nəsibov dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.
27 noyabr tarixində İsmayıl Tağıyev şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevı şəhid elan edib.
İsmayıl Tağıyev II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb. Allah rəhmət etsin !



Vüqar Əyyub oğlu Nəsibov Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, kikboksinq üzrə Azərbaycan çempionu.
Vüqar Əyyub oğlu Nəsibov 1975-ci ildə anadan olmuşdu. Atasının adı Əyyub, anasının adı isə Dilarədir. Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu idi. İki övladı vardı.

Şəhadəti

26 noyabr 2015-ci il tarixində Vüqar Nəsibov Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağının şah damarından yaralanaraq qan itkisindən dünyasını dəyişib. Əməliyyat zamanı daha bir polis serjantı İsmayıl Tağıyev dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.

27 noyabr tarixində Vüqar Nəsibov ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni və "İgidliyə görə" medalı ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevi şəhid elan edib
Vüqar Nəsibov II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb və yaylım atəşi açılıb.