8 Eylül 2018 Cumartesi

"Azərbaycan Ordusu" qəzeti - 2018

Azərbaycan Hərbi Dəniz Qüvvələri



2011-ci ildə Bakıda keçirilən hərbi paradda Azərbaycan Hərbi Dəniz Qüvvələri
1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars", "Ərdəhan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisi daxil idi. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi-dəniz donanması təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir. 1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yardıldı. Xəzər hərbi-dəniz donanmasıin 25%-i və Bakı Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.
Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin sayı 3000 nəfərdir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur. HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən Azərbaycan Dəniz Piyadaları və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi daxildir

Azərbaycan Hərbi Hava Qüvvələri

Azərbaycan Hərbi Hava Qüvvələri

Əsas məqalə: Azərbaycan Hərbi Hava Qüvvələri

2018-ci ildə Bakıda keçirilən hərbi paradda Azərbaycan Hərbi Hava Qüvvələri göydə Azərbaycan bayrağının rənglərini nümayiş etdirirlər.
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.  Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub.  O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib. Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub .  1992-ci ilin aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş Sovet ordusunun Sitalçay aerodromundan Su-25 döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib. Daha sonra Nasosnı aviabazasının alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aviabazasında xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Müxtəlif məlumatlara görə, hazırda 8,000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. 8000 nəfər personalın xidmət etdiyi HHQ-nin arsenalında MiQ-21, MiQ-29, Su-25 döyüş təyyarələri, İL-76 yük daşıyan təyyarəsi, Bell 412, Kamov Ka-27, Mil Mi-17, Mi-24, Mi-35M, helikopterləri, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter, Aerostar və Zərbə pilotsuz uçuş aparatları var.

Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Silahl%C4%B1_Q%C3%BCvv%C9%99l%C9%99ri#Az%C9%99rbaycan_H%C9%99rbi_Hava_Q%C3%BCvv%C9%99l%C9%99ri

6 Eylül 2018 Perşembe

Məhərrəm Seyidov (Mirəziz oğlu)

Məhərrəm Seyidov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi

7 sentyabr 1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbini də bitirmişdi. Milis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləyirdi
1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərkikəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər mühasirəyə düşmüşdü... Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, ama o özü mühasirəyə düşdü, son nəfəsinəcən vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına həlak oldu
Ailəli idi, dörd övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şərur rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub. Buradakı 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır.

Kazımağa Möhsün oğlu Kərimov


        Kazımağa Möhsün oğlu Kərimov  Azərbaycanın Milli  Qəhrəmanı ,
                                                                      Qarabağ  müharibəsi şəhidi.


                                                    
    Azərbaycanın İlk Milli Qəhrəmanlarından olan Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataqkəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar.
Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.
Kazımağa xarakter etibarı ilə də fərqli bir insan idi. İlk baxışdan nə qədər zəhmli görünsə də, daxilən çox səmimi, mehriban və hec zaman heç kimsədən köməyini əsirgəməyən bir insan idi. İkiüzlülükdən, riyakarlıqdan çox-çox uzaq olan bu insan ən xırda haqzılığa, ədalətsizliyə belə dözə bilmir və həmin an öz haqq səsini ucaldırdı. Onu həmyaşıdlarından fərqləndirən əsas xüsusiyyət isə onun son dərəcə uzaqgörən olması, ətrafda cərəyan edən hadisələri özünəməxsus şəkildə anailiz edərək düzgün qərarlar çıxarması idi. Kazımağanın bu xarakteri, tələbəlik illərində onun müəllimi olmuş Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi, yazıçı-publisist Qulu Xəlilovun onunla bağlı söylədiyi və qələmə alıdığı xatirələrində də öz əksini tapmışdır. Yazıçı Kazımağada olan bu xarakteri onun adında olan "ağa" sözü ilə uyğunlaşdırmış və bu sözün sanki onun xarakterinə yansıdığını dəfələrlə öz fikirlərində vurğulamışdır.
Universiteti bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət "Azərbaycan məktəbi" jurnalında, sonra isə "Azərbaycan müəllimi" qəzetində çalışmışdır.
1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Yalnız Kazımağanın döyüş yolu doğulub boya-başa çatdığı doğma Qubadlıdan deyil, Goranboydan keçdi. Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.
Hərbi geyim onun boy-buxununa nə qədər yaraşsa da o, xasiyyətcə hərbiçilikdən çox uzaq bir insan idi. Nəinki onu tanıyanların, hec onun özünün də təsəvürünə gəlməzdi ki, ömründə qarışqa tapdalamayan bir insan nə vaxtsa qələmini silahla əvəz edəcək, nişan alıb adam öldürəcək. Əgər erməni quldurlarını adam adlandırmaq mümkünsə!.
Ancaq onu da qeyd etmək lazımdır ki, Kazımağada Vətənə, torpağa qarşı olan məhəbbət təsadüfi deyildi. Çünki o, hələ XIX əsrin ikinci yarısında indiki Sankt-Peterburq şəhərində Ali Hərbi məktəb bitirmiş və 1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi zamanı doğma torpaqlarının müdafiəsinə qalxmış Zəngəzur Mahalının tanınmış bəylərindən olan İsmayıl bəyin nəvəsidir.
Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Komandirin ağır yaralanmasını görən əsgər və zabitlərdə ruh düşgünlüyünün yarandığını hiss edən Kazımağa yenidən, döyüşü davam etdirmək əmri verir. Elə həmin tarix Şamuyankənd rayonunun azad olunduğu gün kimi Azərbaycan tarixinə həkk olur.
Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Ayağından yaralanan Kazımağa doğmalarının onun ayağını itirəcəyindən qorxduqlarını hiss edərək, həmin an belə özünü itirmədən əllərini havaya qaldıraraq yaxşı ki, yazan əlim var deyir. Lakin Kazımağanın bir ayağını itirəcəyi qorxusu ilə yaşayan insanların heç ağlına belə gəlməzd ki, onu bütünlüklə itirəcəklər. Çünki o insanların heç biri bu fikri bir anlıq da olsa belə qəbul edə bilmir, "dağ boyda" bir insanın ayağından aldığı yara ilə dünyasını dəyişəcəyini güman belə etmirdilər. Ancaq amansız ölüm Kazımağanı sevənlərə onsuz neçə yaşayacaqlarını da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Son dəfə Bakı şəhərində tələbə yoldaşları və eyni zamanda qələm dostları ilə görüşən Kazımağa onlara yaxın zamanlarda Qarabağ müharibəsində dönüşün təməlinin məhz Goranboy cəbhəsində qoyulacağını söyləyir və inşallah düşmən tapdağı altında olan bütün torpaqlarımız azad olduqdan sonra qələmi yenə əlinə alaraq onlarla çiyin-çiyinə çalışacağına dair söz verir. Yoldaşları ilə sağollaşan Kazımağa növbəti dəfə Bakıya iyun ayının 16-da gələcəyini söyləyir və görüş yerini "Şəhidlər Xiyabanı" deyə verir. Həmin tarixdə Kazımağa ilə görüşmək üçün "Şəhidlər Xiyabanı"na gələn yoldaşları gözləmədikləri bir mənzərə ilə rastlaşırlar. Çünki kələn Kazımağanın özü deyil, cansız bədəni idi. Kazımağa bu dəfə onu sevənlərin çiynində son mənzilə yola salınırdı.
Evli idi, bir oğlu qalıb.
Milli Qəhrəman
Kazımağa Kərimova ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi
Bu ada layiq körülən Kazımağa ilk jurnalist idi ki, belə bir fəxri ada layiq görülmüşdür.
Kazımağa Kərimovun adının əbədiləşdirilməsi məqsədilə dövlətimiz tərəfindən onun adına Bakı şəhərində küçə verilmişdir. Eyni zamanda doğulub boya-başa çatdığı doğma Qubadlının Balasoltanlı kənd tam orta məktəbi və döyüş yolunun keçdiyi Goranboy rayonunun Qızılhacılı kənd mədəniyyət evi onun adını daşıyır.
Goranboy rayonunda şəhid Milli Qəhrəmanın büstü qoyulub.


Müslümov Valeh Əlizaid oğlu



Müslümov Valeh Əlizaid oğlu  Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır. 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 14-də Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Lerik rayonunda dəfn edilmişdir.
Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb

20 Ağustos 2017 Pazar

Bayramov Ramiz Nəriman oğlu — Polkovnik leytinant.

Ramiz Bayramov 20 avqust 1963-cü il Bakı şəhəri Zabrat qəsəbəsində ziyalı ailədə anadan olub. O,Azərbaycanın tanınmış neftcisi keçmiş sosialist qəhrəmanı Musa Bayramov nəvəsidir.1967-ci ildə Zabrat qəsəbəsi 33 saylı məktəbə daxil olub və 1976-cı ildə məktəbi bitirib. Elə həmin ildə 1976-ci ildə Azərbaycan Texniki Universiteti mühəndis ixtisası üzrə təhsilin davam edib.
1979-cu ildə Almaniyanın Ştutqart vilayətində əsgərlik müddəti keçib. Əsgərliyini bitirdikdən sonra Ramiz yenidən Bakıya qayıdır və o 1982-ci ildə Zabrat maşın qayırma zavodunda baş mühəndis işləyir. 1984-cü ildə 1992-ci ilə qədər Müdafiə Nazirliyində çalışıb. Ailəsinin təkidi və öz istəyi ilə Ramiz 1990-cı il aprelin 18-i öz sevdiyi xanımla ailə qurur. Lakin bütün bunlara baxmayaraq Ramiz cəbhədə olanlara biganə qala bilmir və özü istəyi ilə təyinatını döyüş bölgəsinə alır. Ramiz artıq ən qızğın döyüş bölgələrində döyüşür qısa müddətdə bütün döyüş yoldaşlarının hörmətin qazanır. 777-i hərbi hissəsinin tabeliyində Ramiz piyada əleyhinə tankın komandiri olur.
1992-ci il mayın 7-8 nə keçən gecə Şuşada çox gərgin müharibə gedir və Ramiz ermənilərin pusqusu nəticəsində idarə etdiyi tank mühasirəyə düşür. Mayın 7-də Ramiz və yanında olan 3 döyüş yoldaşlarının taleyi haqqında məlumat alınmır. Mayın 8-i Ramiz ermənilər tərəfindən faciəvi şəkildə şəhid olur və cəsədi ermənilərdə qalır.
1997-ci il dekabrın 21-i Ümumilli Lider Heydər Əliyev Bayramov Ramizi ölümündən sonra Polkovnik Leytinant rütbəsi ilə təltif edir.
2015-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Ramizin adını əbədiləşdirmək üçün Binəqədi rayonunda yaşadığı ünvana onun adı və barirefin qoyulması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyətinə sərəncam verir.
Ailəli idi və bir övladı var.