Müslümov
Valeh Əlizaid oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Müslümov Valeh Əlizaid
oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2
saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər
17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti
Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə
ordudan tərxis olunaraq Sumqayıta qayıdır. 1991-ci ilin avqustunda DİN-nin
Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda
keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 14-də Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq
göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını
xilas etmək mümkün olmadı.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh
Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adı verilmişdir.
Lerik rayonunda dəfn
edilmişdir.
Milli Qəhrəmanın adını
daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb
Hiç yorum yok:
Yorum Gönder