8 Eylül 2018 Cumartesi

Azərbaycan Hərbi Dəniz Qüvvələri



2011-ci ildə Bakıda keçirilən hərbi paradda Azərbaycan Hərbi Dəniz Qüvvələri
1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına "Qars", "Ərdəhan" qayıqları, "Astrabad", "Göytəpə" poçt gəmiləri, "Araz" hidroqrafik gəmisi və "Bayıl" liman daşıyıcı gəmisi daxil idi. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər hərbi-dəniz donanması təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu. 1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycanın hərbi missiyası donanma üçün xaricdən 6 toplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi toru, 10 sahil toru, simsiz teleqraf qurğuları və s. almışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdir. 1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yardıldı. Xəzər hərbi-dəniz donanmasıin 25%-i və Bakı Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi.
Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Xəzər dənizində Rusiyadan sonra imkanlarına görə, ikinci hərbi donanma sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin sayı 3000 nəfərdir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Bundan başqa, yardımçı gəmilər dəstəsi mövcuddur. HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən Azərbaycan Dəniz Piyadaları və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi daxildir

Hiç yorum yok:

Yorum Gönder