19 Ocak 2020 Pazar

18 yanvar MALİK ƏSƏDOVUN ANIM GÜNÜDÜR

MİLLİ QƏHRƏMANIMIZ  MALİK ƏSƏDOVUN ANIM GÜNÜDÜR.
27.06.1962 - 18.01.1992
Asəf Şirinli adlı şəxsin şəkli.Əsədov Malik Hamil oğlu
1962-ci il iyunun 27-də Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur.1979-cu ildə burada orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurub, Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.
Qarabağ hadisələri başlayanda o, əsgər paltarı geyinir. Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-i... Mingəçevirdən 20 nəfər döyüşçü Şuşaya getməliydi. Malik Əsədov da döyüşçülərin arasında idi. Onlar Şuşada və ətraf kəndlərdə postlarda durmuşdular. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.
Yanvarın 18-i... Ermənilər kəndə hər tərəfdən hücuma keçmişdi. Yaraqlıların sayı, bəlkə də, yüzə yaxın olardı. Onlar isə cəmi 6 nəfər idi. Polislər geri çəkilməyə məcbur oldular. Malik Əsədov bir neçə yara almışdı. Amma o, yenə də cəsarətlə döyüşürdü. Şuşa polisinin əməkdaşları özlərini onlara yetirdilər. Lakin artıq gec idi. Malik gözlərini əbədi yummuşdu, erməni faşistləri onu qəddarlıqla qətlə yetirmişdilər. Ancaq Malik də son məqamında belə borclu qalmamışdı; ətrafda onlarla düşmən cəsədi yerə sərilmişdi.
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Havarlı kəndində dəfn edilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

18 Ocak 2020 Cumartesi

Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədov

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədovun doğum günləridir.


Şamoy Məhiyəddin oğlu Çobanov 1965-ci il yanvarın 19-da Qazax rayonu Ağköynək kəndində anadan olub. O, 1989-cu ildən polis nəfəri kimi Xeyrimli, Yuxarı Əskipara, Bağanıs Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndi yaxınlığında sərnişin avtobusuna hücum edən erməni yaraqlılarının qarşısını kəsib, dinc əhalinin xeyli hissəsini xilas edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağköynək kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.


Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə 10-cu sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra Şamil Ramazanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Rayonun mərkəzindəki kinoteatr onun adını daşıyır.

Fərid Əhmədov.jpgFərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezidentin sərəncamı
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Xatirəsi
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.

7 Ocak 2020 Salı

Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu


Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədib.
DSX-dan Eurasia Diary-ə verilən məlumata görə, 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.
https://m.ednews.net/az/news/society/411121-ordumuz-sehid-verdi 

Rəşad Atakişiyev

Rəşad Atakişiyev 7 yanvar 1985-ci ildə Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib. Mərhum Azərbaycan Hərbi Hava Qüvvələrinin ən peşəkar pilotlarından biri olub. Atakişiyev Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxış edib.

2 Ocak 2020 Perşembe

NATİQ QASIMOV

NATİQ QASIMOV Azərbaycan Bayrağını erməniyə verməyən, ermənilərə qarşı 5 gün tək vuruşan Natiq Qasımov. 1971-ci il təvəllüdlü Natiq Qasımov "Qarabağ Şahinləri" batalyonunda Ağdam-Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. 1992-ci il martın əvvəlində batalyondan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndindəki bir yüksəkliyi azad etmək əmri alır. Tapşırıq yerinə yetirilir və yüksəklir alınır. "Şahinlər" qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər şəhid olur. Kilsədə Natiq və daha 6 nəfər qalır. Ermənilər hücum edərək yüksəkliyi qaytarmaq istəyirlər. Natiqin bütün dostları şəhid olsa da, o, kilsədə tək qalaraq ermənilərə qarşı döyüşür. Ermənilər kilsədə bir batalyonun olduğunu düşünürlər. Onlar Xocalıda məktəb direktoru olmuş Cəfər Cəfərovu Azərbaycan bayrağı sancılmış kilsəyə göndərərək deyirlər: "Kilsədəkilər təslim olmasalar, bütün Xocalı əsirləri güllələnəcək" Cəfər Cəfərov Natiqdən soruşur ki, gecə ermənilər gəlmirdilər. Niyə qaçmamısan ? Natiq: "Komandirə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəm. Bir də bu bayrağı qoyub hara gedəydim ?!" Natiq bir əlində avtomat o birində bayrağı göyə qaldırdı. O, Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olur. Ermənilər kilsəni tutandan sonra bilirlər ki, 5 gündür onlara qarşı vuruşan bir Azərbaycanlı imiş. Rusiyanın məşhur "Oqonyok" jurnalının müxbiri Konstantin Smirnov və fotomüxbir Enriko Sarzini hadisə yerində olur. Enriko Natiqin əsir götürülməsinin, sorğu-sual edilməsinin fotolarını çəkir. "Oqonyok"-un 1992-ci il aprel nömrəsində Natiqin əlində bayraq, ermənilərə əsir düşdüyü foto yayımlanır. Bu fotodan sonra bir daha Natiqdən xəbər almaq olmur. Ermənilər hələ də Natiq Qasımovun əsir götürüldüyünü danır. Onun sonrakı taleyini Azərbaycandan və Beynəlxalq Təşkilatlardan gizlədirlər.

8 Aralık 2019 Pazar

Rusif Ağayev

Rusif İbrahim oğlu Ağayev  (d. 16 aprel 1987LənkəranAzərbaycan - ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur

4 Aralık 2019 Çarşamba

Dopov Mahama

Balakən rayonu üzrə 161 şəhid,1 milli qəhrəman var. Şəhidlərdən biri Mahamalar kənd sakini Dopov Mahamadır. 4 dekabr 2019-cu il tarixdə N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri kənd qəbiristanlığında dəfn edilmiş Qarabağ şəhidi Dopov Mahamanın qəbrini ziyarət ediblər.