2 Ocak 2020 Perşembe

NATİQ QASIMOV

NATİQ QASIMOV Azərbaycan Bayrağını erməniyə verməyən, ermənilərə qarşı 5 gün tək vuruşan Natiq Qasımov. 1971-ci il təvəllüdlü Natiq Qasımov "Qarabağ Şahinləri" batalyonunda Ağdam-Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. 1992-ci il martın əvvəlində batalyondan 31 nəfərlik bir dəstə Ağdamın Xramort kəndindəki bir yüksəkliyi azad etmək əmri alır. Tapşırıq yerinə yetirilir və yüksəklir alınır. "Şahinlər" qədim alban kilsəsində məskunlaşırlar. Döyüşdə komandir və bir neçə nəfər şəhid olur. Kilsədə Natiq və daha 6 nəfər qalır. Ermənilər hücum edərək yüksəkliyi qaytarmaq istəyirlər. Natiqin bütün dostları şəhid olsa da, o, kilsədə tək qalaraq ermənilərə qarşı döyüşür. Ermənilər kilsədə bir batalyonun olduğunu düşünürlər. Onlar Xocalıda məktəb direktoru olmuş Cəfər Cəfərovu Azərbaycan bayrağı sancılmış kilsəyə göndərərək deyirlər: "Kilsədəkilər təslim olmasalar, bütün Xocalı əsirləri güllələnəcək" Cəfər Cəfərov Natiqdən soruşur ki, gecə ermənilər gəlmirdilər. Niyə qaçmamısan ? Natiq: "Komandirə söz vermişdim ki, mövqeyimi tərk etməyəcəm. Bir də bu bayrağı qoyub hara gedəydim ?!" Natiq bir əlində avtomat o birində bayrağı göyə qaldırdı. O, Xocalı əsirlərinin öldürülməməsi üçün təslim olur. Ermənilər kilsəni tutandan sonra bilirlər ki, 5 gündür onlara qarşı vuruşan bir Azərbaycanlı imiş. Rusiyanın məşhur "Oqonyok" jurnalının müxbiri Konstantin Smirnov və fotomüxbir Enriko Sarzini hadisə yerində olur. Enriko Natiqin əsir götürülməsinin, sorğu-sual edilməsinin fotolarını çəkir. "Oqonyok"-un 1992-ci il aprel nömrəsində Natiqin əlində bayraq, ermənilərə əsir düşdüyü foto yayımlanır. Bu fotodan sonra bir daha Natiqdən xəbər almaq olmur. Ermənilər hələ də Natiq Qasımovun əsir götürüldüyünü danır. Onun sonrakı taleyini Azərbaycandan və Beynəlxalq Təşkilatlardan gizlədirlər.

Hiç yorum yok:

Yorum Gönder