18 Ocak 2020 Cumartesi

Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədov

Bu gün Azərbaycanın Milli Qəhrəmanları Şamoy Çobanovun ,Şamil Ramazanovun və şəhid baş-leytenant Fərid Əhmədovun doğum günləridir.


Şamoy Məhiyəddin oğlu Çobanov 1965-ci il yanvarın 19-da Qazax rayonu Ağköynək kəndində anadan olub. O, 1989-cu ildən polis nəfəri kimi Xeyrimli, Yuxarı Əskipara, Bağanıs Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndi yaxınlığında sərnişin avtobusuna hücum edən erməni yaraqlılarının qarşısını kəsib, dinc əhalinin xeyli hissəsini xilas edib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ağköynək kəndində dəfn edilib. Kəndin orta məktəbi onun adını daşıyır.


Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə 10-cu sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə ölümündən sonra Şamil Ramazanova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Ağsu rayonunun Rəhimli kəndində dəfn olunub. Rayonun mərkəzindəki kinoteatr onun adını daşıyır.

Fərid Əhmədov.jpgFərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
7 noyabr 2010-cu ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Prezidentin sərəncamı
2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Xatirəsi
2014-cü ilin yanvar ayında şəhid Fərid Əhmədovun ömür yoluna həsr olunmuş "Hay ver mənə, leytenant" filminin təqdimat mərasimi keçirilib.

Hiç yorum yok:

Yorum Gönder