12 Aralık 2020 Cumartesi

Şəhid Umarov Vüsal


Umarov Vüsal 1989-cu il iyul ayının 7-də Rusiya Federasiyası Kemerovo vilayətinin Prokapevski şəhərində anadan olmuşdur.1995-ci ildə Poştbinə məktəbinə daxil olmuş,2006-cı ildə həmin məktəbin məzunu olmuşdur.2006-cı ildə Balakən RHP-ğu tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. (Az. Resp-sı SQ-nin) 2009-cu ildə ehtiyata buraxılmışdır. 2012-ci ildə Az. Resp-sı Təlim Tədris mərkəzinin GHK (Gizir hərbi kursu)-na daxil olmuşdur ,həmin illin oktyabr ayında Az. Resp-sı MN-nin müvafiq əmrinə əsasən, Gizir hərbi rütbəsi almışdır. 2013- cü ilin noyabr ayında Ağcabədi rayon Aran kəndində 097 saylı hərbi hissədə tank komandiri vəzifəsində təyin olunmuşdur. "Beynəlxalq ordu oyunları-2020" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək komandamızın 4-cü yeri tutmağında rolu olmuşdur. Müharibənin ilk günlərində sentyabrın 28-də Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəlidir, 2 övladı var.

Allah rəhmət eləsin. Vətən sağolsun.

Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Zeynalova Jalə

 

11 Aralık 2020 Cuma

Şəhid Əhmədli Aydın

Əhmədli Aydın Mustafa oğlu 12.03.2002-ci ildə Şəki rayonu  orta Zəyzid kəndində anadan olmuşdur. 2008- ci ildə Şəki şəhəri Orta Zəyzid kənd 2 saylı tam orta məktəbinə qədəm qoymuşdur. 2012 - ci ildə Bakı şəhəri Qorxmaz Baxşıyev adına 179N- li tam orta məktəbində təhsilini davam etdirmişdir. 03.04.2020- ci ildə  Hərbi komissarlığa çağırışı olub. Ağcabədi rayonu Minəxorlu kəndində 161 nomrəli çastda xidmət edib. 27.10.2020 tarixində başlayan 2- ci Qarabağ döyüşlərində iştirak edib.Vətənini çox sevən Aydın sevərək vətəninə xidmət edirdi.Aydin çox ağıllı, tərbiəli,ailəcanlı bir övlad idi. Onun gələcəklə bağlı çoxlu planları və xəyalları vardı. Lakin bütün bunlar xəyal olaraq qaldı.Aydın 8.10.2020- çi il tarixində Füzuli döyüşlərində qəhrəmancasına Şəhid olur. Arxada həyatla tək mücadilə aparan gözüyaşlı ana,2 bacı və bir qardaş qoydu. Allah rəhmət etsin . Məkanınız cənnət olsun.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin 7 -ci sinif şagirdi Abdullayeva Aydan

 

10 Aralık 2020 Perşembe

Şəhid Tülüyev Yaşar

 


Tülüyev Yaşar Abdulla oğlu. 1969-cu ildə anadan olub. Balakən rayonu 8 illik internat məktəbində oxumuş , sonra Dəmir yolu texnikomunda təhsilini davam etdirmişdir. Texnikumunu bitirib və əsgərliyə gedib. Rusiyanın İrkutski şəhərində Hərbi xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Balakən Qartalları adı ilə 1-ci Qarabağ savaşına  getmişdir. 16.06.1992- çi ildə Naxçıvanik uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əmim Tülüyev Yaşar Balakən rayonunun ilk şəhidi olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eyləsin.

Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VII sinif şagirdi Tülüyeva Səma


İki qəhrəman Samir Şibliyev və Xizriyev Mahir


Samir Şibliyev.

Mənim yaxın qohumumdur.Qarabağ uğrunda gedən döyüşdə iştirak edib. O , Şuşa, Füzuli, Ağdam, Daşalti, Talış kəndi, Hardrut, Goranboy, Tərtər uğrunda gedən döyüşdə iştirak edib.O, həm  düşmənlərlə üz -üzə gəlmişdir  həm də düşmənləri snayper ile məhv edib.Seninle qurur duyuruq.


Xizriyev Mahir.

O , kəşfiyatçıdır. Döyüş tapşırığını yerinə yetirmişdir.Hal hazırda o muharibə olan ərazilərdədir.27 yaşı vardır.Mənim yaxin qohumumdur.

Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VIII sinif şagirdi  Süleymanlı Emilya


ŞƏHİD HUSEYINOV ƏSGƏR VÜQAR OĞLU

 


24.12.1998-ci ildə Balakən rayonu Kortala kəndində anadan olmuşdur.

Əsgər Kortala kəndi Qurban Nağıyev adina tam orta məktəbində təhsil almişdir.

2004-cü ildə orta məktəbə daxil ol-

muş və 2014-cü ildə tam orta məktəbi bitirmisdir.

2016-ci ildə hərbi xidmətə yollanib.

Əsgər 2020-ci il 2-cı Qarabağ Müharibəsində Xocavənd rayon Tutu kəndində gedən döyüşlərdə iştirak etmişdir. Hüseyinov Əsgər bu müharibədə bir çox yoldaslarini Asif Məmmədov və s. digər əsgərləri erməni atəşindən xilas etmiş və 25 oktyabrda qəhrəmancasina şəhid olmuşdur.

Balakən rayonu Nizami adına 1 saylı tam ğ məktəbin VIII sinif şagirdi

Abdullayeva Şəhla