11 Aralık 2020 Cuma

Şəhid Əhmədli Aydın

Əhmədli Aydın Mustafa oğlu 12.03.2002-ci ildə Şəki rayonu  orta Zəyzid kəndində anadan olmuşdur. 2008- ci ildə Şəki şəhəri Orta Zəyzid kənd 2 saylı tam orta məktəbinə qədəm qoymuşdur. 2012 - ci ildə Bakı şəhəri Qorxmaz Baxşıyev adına 179N- li tam orta məktəbində təhsilini davam etdirmişdir. 03.04.2020- ci ildə  Hərbi komissarlığa çağırışı olub. Ağcabədi rayonu Minəxorlu kəndində 161 nomrəli çastda xidmət edib. 27.10.2020 tarixində başlayan 2- ci Qarabağ döyüşlərində iştirak edib.Vətənini çox sevən Aydın sevərək vətəninə xidmət edirdi.Aydin çox ağıllı, tərbiəli,ailəcanlı bir övlad idi. Onun gələcəklə bağlı çoxlu planları və xəyalları vardı. Lakin bütün bunlar xəyal olaraq qaldı.Aydın 8.10.2020- çi il tarixində Füzuli döyüşlərində qəhrəmancasına Şəhid olur. Arxada həyatla tək mücadilə aparan gözüyaşlı ana,2 bacı və bir qardaş qoydu. Allah rəhmət etsin . Məkanınız cənnət olsun.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin 7 -ci sinif şagirdi Abdullayeva Aydan

 

Hiç yorum yok:

Yorum Gönder