12 Aralık 2020 Cumartesi

Şəhid Umarov Vüsal


Umarov Vüsal 1989-cu il iyul ayının 7-də Rusiya Federasiyası Kemerovo vilayətinin Prokapevski şəhərində anadan olmuşdur.1995-ci ildə Poştbinə məktəbinə daxil olmuş,2006-cı ildə həmin məktəbin məzunu olmuşdur.2006-cı ildə Balakən RHP-ğu tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. (Az. Resp-sı SQ-nin) 2009-cu ildə ehtiyata buraxılmışdır. 2012-ci ildə Az. Resp-sı Təlim Tədris mərkəzinin GHK (Gizir hərbi kursu)-na daxil olmuşdur ,həmin illin oktyabr ayında Az. Resp-sı MN-nin müvafiq əmrinə əsasən, Gizir hərbi rütbəsi almışdır. 2013- cü ilin noyabr ayında Ağcabədi rayon Aran kəndində 097 saylı hərbi hissədə tank komandiri vəzifəsində təyin olunmuşdur. "Beynəlxalq ordu oyunları-2020" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək komandamızın 4-cü yeri tutmağında rolu olmuşdur. Müharibənin ilk günlərində sentyabrın 28-də Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəlidir, 2 övladı var.

Allah rəhmət eləsin. Vətən sağolsun.

Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Zeynalova Jalə

 

Hiç yorum yok:

Yorum Gönder