10 Ağustos 2021 Salı

10 Avgust tarixində doğulan Vətən Müharibəsi şəhidlərimizdən


1. Kiçik çavuş Abasov Seymur Adil oğlunun (10.08.1999)

2. Əsgər Cabarzadə Cavid Qorxmaz oğlunun (10.08.1997)

3. Əsgər Əliyev Cavid Samir oğlunun (10.08.2001)

4. Əsgər Astanlı İqbal İlqar oğlunun (10.08.1997)

5. Əsgər Əlizadə Elşən Faiq oğlunun (10.08.1995)

6. MAHHXHQ kiçik  çavuş Əsədov Anar Rafiq oğlunun (10.08.1982)

7.Əsgər Məmmədli Elməddin Anar oğlunun (10.08.2000)

8. MAHHXHQ əsgər Məmmədov Rüstəm İbrahim oğlunun (10.08.1998)

9. Kapitan Nəcəfov Vüqar Aydın oğlunun (10.08.1988) 

10. Polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun (10.08.1975) doğum günüdür.



Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

9 Ağustos 2021 Pazartesi

9 Avgust Vətən Müharibəsi şəhidlərimiz



1. Əsgər Ağayev Ceyhun Cəmil oğlunun (09.08.1991)

2. Leytenant Əliyev Samir Əliheydər oğlunun (09.08.1999)

3. MAHHXHQ əsgər İmamov Rəhim Rauf oğlunun (09.08.1990)

4. MAHHXHQ çavuş Məmmədli İmran Cahangir oğlunun (09.08.1985)

5. Leytenant Məmmədov Elcan Zöhrab oğlunun (09.08.1989)

6. Kapitan Məmmədov Pərviz Ələddin oğlunun (09.08.1989)

7. Əsgər Məmmədov Turxan Rizvan oğlunun (09.08.1998)

8. Əsgər Novruzov Elçin Qismət oğlunun (09.08.1989)

9. Əsgər Nuruzadə Nurlan Tofiq oğlunun (09.08.2001)

10. Əsgər Qasımov Elməddin Aqil oğlunun (09.08.1999)

11. Polkovnik-leytenant Ramaldanov Babək Meyvəddin oğlunun (09.08.1982)

12. Kapitan Səmədov İsmayıl Məhəmməd oğlunun (09.08.1990) 

13. Çavuş Şirinov Kamil Altay oğlunun (09.08.1999) doğum günüdür.


#doğumgünüdür


Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

7 Ağustos 2021 Cumartesi

7 Avqust doğum günü olan şəhidlərimiz


 1. Əsgər Əliyev Elsevər Hikmət oğlunun (07.08.2001)

2. Gizir Əliyev Səbuhi Teyyub oğlunun (07.08.1983)

3. Əsgər Əzizli Tacəddin Şahəddin oğlunun (07.08.1994)

4.MAHHXHQ əsgər Məmmədov Elkiyar Abdulla oğlunun (07.08.1992)

5. Əsgər İsmiyev Emil Elman oğlunun (07.08.2001)

6. Əsgər Mürsəlzadə Elməddin Cəsur oğlunun (07.08.2000)

7. MAHHXHQ baş  çavuş Musayev Alik Rafiq oğlunun (07.08.1987)

8. Əsgər Mustafayev Elvin Fuad oğlunun (07.08.1997)

9. Leytenant Orucov Xalid Saleh oğlunun (07.08.1996)

10. MAHHXHQ əsgər Quluzadə Məhəmməd Cəlal oğlunun (07.08.1999) 

12. Əsgər Tağıyev Əli Aydın oğlunun (07.08.1997) doğum günüdür. 


Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿

6 Ağustos 2021 Cuma

Şəhid Elməddin Cəsur oğlu Mürsəlzadə



07 avqust 2000-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. 2006-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib. Təhsil aldığı müddətdə məktəbin müəllim kollektivinin və şagirdlərin hörmətini qazanıb. Daima öz təlim-tərbiyəsi,  vətənpərvərliyi ilə yoldaşlarından seçilən Elməddin 2017-ci ildə məktəbi 4 və 5 qiymətlərlə bitirərək ali təhsil almaq üçün sənəd verir və Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin qiyabi şöbəsinə, "Bədən tərbiyəsi və idman" müəllimi ixtisasına qəbul olunur. 

   Universitetin 1-ci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra 16 oktyabr 2018-ci il tarixində Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissənin tərkibində kəşfiyyat bölüyündə yerinə yetirib və 26 mart 2020-ci il tarixində ordu sıralarından tərxris olunaraq ehtiyata buraxılıb. 

   Mənfur erməni ordusunun atəşkəsi pozması, dinc əhaliyə qarşı əməliyyatlar keçirməsi və təmas xətlərinə hücum əməliyyatlarına cəhdlər etməsi nəticəsində müharibənin başladığı gündən 2 gün sonra, yəni 29 sentyabr 2020-ci il tarixində Elməddin Mürsəlzadə Hərbi Komissarlıq tərəfindən Vətənin müdafiəsinə, yenidən hərbi xidmətə çağırılıb. 2020-ci il oktyabrın 15-dən 16-na keçən gecə Füzuli uğrunda gedən döyüşlər zamanı N saylı hərbi hissəsinin tabeliyində olan kəşfiyyat bölüyünün əsgəri Elməddin Cəsur oğlu Mürsəlzadə  döyüş zamanı şərəfsiz erməni snayperdən açılan güllə ilə başından yaralanmış və  qəhrəmancasına həlak olmuşdur.

   İkinci Qarabağ döyüşləri zamanı (27.10.2020-10.10.2020) Samux rayonuna gələn 5-ci, Əhmədbəyli kəndinə gələn ilk şəhiddir.

   Şəhid Elməddin Cəsur oğlu Mürsəlzadə 17 oktyabr 2020-ci il tarixində özünün doğulub boya-başa çatdığı Samux rayon Əhmədbəyli kəndinin qəbristanlığında torpağa tapşırılıb.

   Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Amin! 

   Nur içində uyu, haqını bizlərə halal et, ŞƏHİDİM!

 

Elvin Mustafayev Fuad oğlu

 


7 avqust 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur.  2014-cü ildə Gəncə şəhər 42 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 


2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 

2017-ci ildən Rusiya Federasiyyasında ticarətlə məşğul olmuşdur. 

27 Sentyabr. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qoşulub.

 O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad olunduqdan sonra əlaqə saxlayıb. Həmin vaxtdan sonra Elvindən uzun müddət xəbər alınmayıb. 

30 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucaldığı güman edilir. Nəşi daha sonra tapılaraq  ailəsinə təhvil verilmişdir.  Şəhidimiz 28 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.

Subay idi. 


Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Tacəddin Əzizli Şahəddin oğlu



7 Avqust 1994-cü ildə Salyan rayonunun Sarvan kəndində anadan olub.[1] 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb.

Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin Əzizli noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tacəddin Əzizli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

6 avqust doğum günü olan şəhidlərimiz


1. MAHHXHQ əsgər Orucov Elşən Ehtiram oğlunun (06.08.1991)

2. MAHHXHQ əsgər Qafarov Kənan Siyaqif oğlunun (06.08.1996)

3. MAHHXHQ əsgər Şahvələdov İlyas Etibar oğlunun (06.08.1996)

4. Leytenant Şəbiyev Məhəmməd Vaqif oğlunun (06.08.1998)

5. Əsgər Həsənov Vurğun Ağası oğlunun (06.08.1995) 

6. Əsgər İbrahimxəlilov Söyxan Eldəniz oğlunun (06.08.2001) doğum günüdür

Bütün şəhidlərimizin ruhu şad olsun 🇦🇿