6 Ağustos 2021 Cuma

Elvin Mustafayev Fuad oğlu

 


7 avqust 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur.  2014-cü ildə Gəncə şəhər 42 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. 


2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 

2017-ci ildən Rusiya Federasiyyasında ticarətlə məşğul olmuşdur. 

27 Sentyabr. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qoşulub.

 O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Sonuncu dəfə ailəsi ilə Zəngilan işğaldan azad olunduqdan sonra əlaqə saxlayıb. Həmin vaxtdan sonra Elvindən uzun müddət xəbər alınmayıb. 

30 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucaldığı güman edilir. Nəşi daha sonra tapılaraq  ailəsinə təhvil verilmişdir.  Şəhidimiz 28 mart 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.

Subay idi. 


Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder